İsrail donanması “Səbat Donanması”na qarşı təxribat törətdi
“Səbat donanması”nın yaydığı məlumata görə, çərşənbə günü səhər tezdən İsrail donanması donanma gəmilərinə qarşı təhlükəli hücum həyata keçirib. Hadisə zamanı “Alma” adlı gəmi İsrail hərbi gəmisi tərəfindən dəqiqələrlə təqib olunub, gəmiyə qarşı aqressiv manevrlər edilib.
Məlumata görə, bu prosesdə gəmidəki rabitə və daxili yayım sistemləri məsafədən sıradan çıxarılıb. Hərbi gəminin təhlükəli şəkildə yaxınlaşması nəticəsində toqquşma riski yaranıb və kapitan qəfil manevrlər etməyə məcbur olub.