02 September 2025

Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular müəyyənləşib

Azərbaycanı  dünya çempionatında təmsil edəcək idmançılar müəyyənləşib.

Bu barədə Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

İngiltərənin Liverpul şəhərində 11 gün davam edəcək yarışda Azərbaycanın kişi boksçulardan ibarət komandası tam heyətlə çıxış edəcək.

Paşinyan və Əliyev Çində “Zəngəzur dəhlizi” termini üstündə mübahisə edib

Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevin “Zəngəzur dəhlizi” terminindən istifadəsini mübahisələndirib. 

Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxış edən Əliyev əvvəllər olduğu kimi yenə də Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək yolu “Zəngəzur dəhlizi” adlandırıb. 

Ayətullah Cavadi Amuli: “Əgər kimsə haqqdan azıb batilə üz tutarsa, zəlil olar”

Ayətullah Cavadi Amuli: İmam Əskərinin (ə) mübarək hüzuru belə buyurdu: “Şərəf həqiqətə əsaslanır.”

Əgər kimsə haqqı desə, haqqa inansa və ona əməl etsə, şərafətli olar və heç kim (istər ayrı-ayrılıqda, istərsə də kollektiv olaraq) onu rüsvay edə bilməz. Əgər kimsə haqqdan azıb batilə diqqət yetirsə, zəlil olar və heç kim ona hörmət etməz.

Sıravi insanlar İsrailin Qəzza blokadasını yarmağa çalışacaq

İsrailin hərtərəfli blokada altında saxladığı Qəzza sektorundakı dəhşətli hadisələrə biganə qala bilməyən sıravi insanlar bu blokadanı yarmaq üçün hərəkətə keçiblər.

Dünyanın onlarla fərqli ölkəsindən olan 300-dən çox fəal 20 gəmi ilə İspaniyanın Barselona şəhərinin limanından hərəkətə başlayıb.

Qlobal Müqavimət Donanmasının gəmiləri 4 sentyabr tarixində Tunisə çatacaq və oradan da Qəzza sektoru istiqamətində üzməyə başlayacaq.

Rusiya və Çin “Sibirin gücü - 2” qaz kəmərinin tikintisinə dair memorandum imzalayıb

“Qazprom” (Rusiya) və Çinin CNPC şirkəti “Sibirin gücü - 2” (“Sila Sibiri - 2”) və Monqolustan ərazisindən keçən “Soyuz-Vostok” tranzit qaz kəmərinin tikintisinə dair razılaşmaları özündə əks etdirən strateji əməkdaşlıq haqqında yeni memorandum imzalayıb.

Rusiya mətbuatının verdiyi məlumata görə, bu barədə “Qazprom”un rəhbəri Aleksey Miller bildirib.

Vitse-prezident: 'Tehran təzyiqlərə boyun əyməyəcək'

İranın vitse-prezidenti Məhəmmədrza Arif Tehranın təzyiqlərə boyun əyməyəcəyini bəyan edib. Bu bəyanat BMT-nin 2015-ci il nüvə sazişinin "ciddi" pozulmasına görə sanksiyaları bərpa edəcək mexanizmi işə salması ərəfəsində verilib.

"Biz sanksiyaları öz xoşumuzla işə saldırmırıq, amma bu dəfə də İran xalqı nə geri çəkiləcək, nə də təzyiqlərə boyun əyəcək", – Arif avqustun 31-də hökumətin iclasında deyib. Bu barədə ISNA xəbər agentliyi məlumat yayıb.

Beynəlxalq Soyqırımı Tədqiqatçıları Assosiasiyası İsrailin Qəzza zolağında soyqırımı törətdiyini göstərən qətnamə qəbul edib

Beynəlxalq Soyqırımı Tədqiqatçıları Assosiasiyası İsrailin Qəzza zolağında soyqırımı törətdiyini göstərən hüquqi əsasların olduğunu bildirən qətnamə qəbul edib.