01 September 2025

17 saylı cəzaçəkmə müəsisəsindən daha bir qrup siyasi məhbus inanclı xanımların həbsini pislədi

“Biz, Azərbaycan Respublikasının Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində  cəza çəkən bir qrup vicdan məhbusu, ölkəmizdə baş verən son hadisələrlə bağlı mövqeyimizi ictimaiyyətə çatdırırıq.

İllərdir müxtəlif güc strukturlarının vətəndaşlarımızı şərləyərək məsuliyyətə cəlb etdiklərinin şahidi olmuşuq. Təəssüf ki, bu gün bu haqsızlıq və saxta ittihamlar artıq milli mentalitetimizin və milli-mənəvi dəyərlərimizin ən əsas sütunu, qırmızı xətti sayılan xanımlarımıza qarşı da həyata keçirilir.

Lənkəranda cəzaçəkən siyasi məhbus Elvin Nəsirov inanclı xanımların həbsinə etirazını bildirdi

“İslamda qadın xüsusi ehtirama və dəyərə malik olduğu kimi, bizim müsəlman və qeyrətli xalqımız da tarix boyu iffətli və ismətli xanımlara həmişə xüsusi önəm, dəyər və sevgi göstərmişdir. Bu xalqın dünənindən bu gününə qədər hər bir qeyrətli Azərbaycan kişisi üçün ismətli xanımlar namus, qeyrət və qırmızı xətt hesab olunmuşdur.

Umbakı İstintaq Təcridxanasından Mirvasid Əliyev də inanclı xanımların həbsini tənqid edən bəyanat yayıb

"Biz, imanımıza, milli-mənəvi dəyərlərimizə və tarixi kimliyimizə sahib çıxan insanlar olaraq, hicablı xanımların ehsan verdiklərinə görə həbs olunmasına, onların hicablarına əl qaldırılmasına qəti şəkildə etiraz edirik.

İmam Əli (ə) dövründə bir yəhudi qadının qulağından sırğasının qoparılıb aparılmasına müsəlmanların səssiz qalmasına qarşı İmam buyurmuşdu: “Əgər bu hadisəyə görə bir müsəlman qan ağlasa, yeri var.”

Şeyx əl-Xətib: Livanı parçalamaq istəyənlərə qarşı silaha sarılacağıq

Nəbi Şeytdə keçirilən anım mərasimində çıxış edən Ali Şiə İslam Şurasının sədr müavini Şeyx Əli əl-Xətib Livanın şərəf və birliyini qorumaq üçün İsrailə qarşı müqavimətin vacib olduğunu bildirib.

Livanın Ali Şiə İslam Şurasının vitse-prezidenti Şeyx Əli əl-Xətib Nəbi Şeytdə Seyid Əhməd Qasim Şükürün vəfatının ildönümü ilə əlaqədar keçirilən mərasimdə din alimləri, siyasətçilər, millət vəkilləri, ədliyyə, təhsil, vətəndaşlar və hərbçilərin iştirak etdiyi nitq söyləyib.

"Zirə" Azərbaycan Premyer Liqasında ən böyükhesablı qələbəsini qazanıb

"Zirə" Azərbaycan Premyer Liqasında ən böyükhesablı qələbəsini qazanıb.

Peşəkar Futbol Liqası xəbər verir ki, Bakı klubu "Kəpəz"i 5:0 hesabı ilə məğlub edib.

Bu, Misli Premyer Liqasının III turunda qeydə alınıb. Qəsəbə klubu 2015/2016 mövsümündən çıxış etdiyi yüksək dəstədə bunadək 5 top fərqi ilə qalib gəlməmişdi.

Misirdə “Bir gündə Quran tilavəti” layihəsi həyata keçirilib

Əl-Əzhər Şeyxi Əhməd ət-Tayyibin nəzarəti ilə Əl-Əzhər Universitetində “Bir gündə Quran tilavəti” təşəbbüsü başlayıb.

Newsroom saytının məlumatına görə, Sələmə Cümə Davudun sədrliyi ilə Əl-Əzhər Universiteti universitetin müxtəlif fakültələrində qiraətçilər üçün layihənin başlandığını elan edib.

Sionistlər Məscidül-Əqsa altında qazıntılar apararaq İslam irsini məhv edirlər

Qüds valiliyi xəbər verib ki, sionist rejim Əl-Əqsa məscidi altında qazıntı işləri aparmaqla İslam əsərlərinə ziyan vurur.

Qüds Valiliyi sionist rejimin Məscidül-Əqsa altında qazıntı işləri apardığını bəyan edərək, "Müəyyən edilmiş görüntülər İsrail işğalçı qüvvələrinin Məscidül-Əqsa altında apardığı qeyri-qanuni qazıntı və dağıntıları ortaya çıxarıb" deyib.