16 June 2025

Əfqanıstan-Pakistan sərhədində atışma - Ölənlər var

Əfqanıstan və Pakistan sərhədçiləri arasında baş verən atışmada iki nəfər ölüb.

Bu barədə xarici KİV məlumat yayıb. 

Hadisə Pakistanla Əfqanıstanın şərqindəki Kunar əyaləti arasındakı sərhəddə baş verib.

Qeyd olunub ki, Durand xətti adlanan ərazinin yaxınlığında yerləşən Şiqal əyalətinin Təxt-e Khor rayonunda baş verən silahlı toqquşmada iki əfqan əsgəri həlak olub.

İsrailin Moskvadakı səfirliyi fəaliyyətini dayandırdı

İsrailin Moskvadakı səfirliyi konsulluq xidmətlərini dayandırıb. 

Bu barədə TASS məlumat yayıb. 

İsrailin Rusiyadakı səfiri Simona Qalperin brifinq zamanı bildirib: "Biz bu gün və ya sabah səfərləri qəbul etmirik, konsulluq şöbəsi hazırda qəbul üçün açıq deyil. Amma biz bunu gündəlik nəzərdən keçirəcəyik. Və ümid edirəm ki, tezliklə konsulluq xidmətlərini bərpa edə biləcəyik". 

İsrail sərnişin təyyarələrinin Afinaya gətirilməsi Yunanıstanda hökumətə qarşı reaksiyalara səbəb olub

Yunanıstanın müxalifət partiyalarından biri olan SİRİZA baş nazir Kiriakos Mitsotakislə İsrailin baş naziri Binyamin Netanyahu arasında telefon danışığına reaksiya verib.

SYRIZA-nın verdiyi açıqlamaya görə, Mitsotakis bir daha Tel-Əviv hökumətini açıq şəkildə pisləməkdən çəkinib, bunun əvəzinə İranın nüvə silahı əldə etməməli olduğunu vurğulayıb.

Jurnalist Polad Aslanov saxlanıldığı Cəzaçəkmə Müəssisəsindəki şəraitdən şikayət edir

Həbsdə olan jurnalist Polad Aslanov saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsindəki şəraitdən şikayət edir. 

Bununla bağlı Ombudsman Aparatının nümayəndələri iyunun 15-də Aslanovla müəssisədə görüşüblər. 

Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova Toplum TV-yə məlumat verib. 

O bildirib ki, Aslanov saxlanıldığı şəraiti Ombudsmanlıq işçilərinə “əyani şəkildə” göstərib. 

İsrail-İran gərginliyi fonunda neft qiymətləri də qalxır

İsrail və İran arasında münaqişənin dərinləşdiyi və qlobal neft tədarükünü təhdid etdiyi zamanda neft qiymətləri də bahalaşmağa davam edib və ötən həftədən bəri 7 faiz artıb.

"Brent" markalı xam neftin fyuçers qiymətləri 64 sent və ya 0.86 faiz artaraq bareli 74.87 dollara, ABŞ-nin "West Texas Intermediate" (WTI) markalı neftinin fyuçersləri isə 76 sent və ya 1.04 faiz artaraq 73.74 dollara çatıb.

"Bavariya" rəqibini 10 cavabsız qolla darmadağın etdi

Almaniyanın “Bavariya” komandası ABŞ-da keçirilən klublararası dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb.

C qrupunda yer alan Münhen təmsilçisi ilk turda Yeni Zelandiyanın “Oklend Siti” kollektivi ilə qarşılaşıb. Görüş Almaniya çempionunun 10:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Bavariya”nın heyətində qolları Camal Musiala (3), Kinqsli Kuman (2), Maykl Olise (2), Tomas Müller (2) və Saşa Boe vurublar.

Ötən gecə İranın İsrailə raket hücumu nəticəsində ölənlərin sayı 8-ə çatıb

İranın ötən gecə İsrailə zərbələri nəticəsində 8 nəfər ölüb, 87 nəfər isə yaralanıb.

Bu barədə İsrailin “Magen David Adom” təcili yardım xidməti bildirib.

Məlumata görə, İranın gecə ərzində İsrailin mərkəzində dörd hədəfi vurması nəticəsində 4 nəfər ölüb, 87 nəfər isə yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

 

APA

İstanbulda İrana dəstək nümayişi

İstanbulda İsrail rejiminin hücumlarına qarşı İrana dəstək nümayişi keçirilib.

İstanbul əhalisi iyunun 15-də İran İslam Respublikasının İstanbuldakı Baş Konsulluğu qarşısına toplaşaraq, sionist rejimin törətdiyi qətllərə öz qəzəblərini bildiriblər. Nümayişçilər İran xalqı və hökumətini dəstəklədiklərini bəyan edərək, İran Silahlı Qüvvələrini sionist rejimin hücumlarına cavab vermək və müdafiə etmək səylərini təqdir ediblər.

İsraildə bir gecədə 300-ə yaxın şəxs xəstəxanaya yerləşdirilib

İsrail Səhiyyə Nazirliyi bildirir ki, İrandan ölkənin şimalına və mərkəzinə raket hücumları nəticəsində bir gecədə ölkə üzrə 287 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə “The Times of Israel” məlumat yayıb.

Bildirilib ki, bir nəfərin vəziyyətinin ağır olduğu, ikisinin Petah Tikvadakı Schneider Uşaq Xəstəxanasında olmaqla 14 nəfərin orta dərəcəli xəsarət aldığı bildirilir. Qalanların əksəriyyəti yüngül xəsarət alıb və ya kəskin şok keçirib.

Hüzurla uyuyan fələstinli uşaqlar

İllərdir bu səmanın sakitliyini mənfur İsrail bombaları pozmaqda davam edir. Hər günün gecəsini belə cəhənnəmə çevirən soyqırımçı İsrail bəşəriyyətin ən qəddar cinayətinə imza atmaqla özünü sonsuz qüdrət sahibi bilir. İstisnasız hər gün fələstinlilər başlarına yağan od-alov içində apartet rejimin öldürücü həmləsini gözləməyi həyat səhifələrinə yazıblar.