18 May 2025

Alman polisi sionistləri qorumağa davam edir

Berlində keçirilən Fələstinə dəstək yürüşündə alman polisinin etirazçılara sərt reaksiyası nəticəsində çox sayda nümayişçi yaralanıb.

İsrail tərəfindən Fələstin torpaqlarının işğalı ilə nəticələnən Böyük Fəlakətin (Nəkbə) 77-ci ildönümü münasibətilə bütün dünyada Qəzzada fələstinlilərə dəstək yürüşləri keçirilib. Almaniyanın paytaxtı Berlində yürüş polis zorakılığı ilə yadda qalıb.

İsraili təəccübləndirən adam - Məhəmməd Sinvar

İbrani media orqanının məlumatına görə, şəhid Yəhya Sinvarın kiçik qardaşı Məhəmməd Sinvar bu gün Qəzza zolağında İsrail üçün ən təhlükəli fiqur olub.

Walla News, HƏMAS hərbi qanadının bu komandirinə qarşı uğursuz sui-qəsd cəhdindən sonra dərc etdiyi hesabatında bu fələstinli döyüşçü ilə bağlı sionist təhlükəsizlik dairələrində yaranan çaşqınlığa toxunub.

"Neftçi" "Səbail"ə qalib gəldi

Misli Premyer Liqasının XXXV turunda "Neftçi" "Səbail"ə qalib gəlib.

"Neftçi Arena"da baş tutan görüş meydan sahibləri 3:0 hesablı qələbəyə seviniblər.

"Ağ-qaralar"ın heyətində Dembo Darboe (1), Ağadadaş Salyanski (25) və Aleks Fernandes (80) fərqləniblər.

Samir Abasovun rəhbərlik etdiyi kollektiv 43 xalla altıncı sırada qərarlaşıb. 22 xala malik "dənizçilər" sonuncu - onuncudur.

Ərdoğan niyə elə dedi? Azərbaycandan və Türkiyədən etirazlar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son çıxışında səsləndirdiyi ifadələr, xüsusən də Azərbaycan üçün önəmli tarixi şəxsiyyət olan Şah İsmayıl Xətaiyə yönəlik fikirləri geniş rezonansa səbəb olub. Ərdoğan çıxışında Osmanlı imperiyasının qarşılaşdığı təhdidlərdən danışarkən, Şah İsmayılın da bu təhdidlər sırasında yer aldığını bildirib və belə deyib:

Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

Portuqaliya çempionatında mövsümə yekun vurulub.

Çempionun adına son turda aydınlıq gəlib.

Qızıl medallar uğrunda Lissabon təmsilçiləri - "Sportinq" və "Benfika" yarışıblar. Öz meydanında "Gimarayes"lə qarşılaşan "şirlər" 2:0 hesabı ilə qələbə qazanaraq "Braqa" - "Benfika" (1:1) matçının nəticəsindən asılı olmayaraq, çempion titulu qazanıblar.

Qeyd edək ki, "Sportinq" ardıcıl ikinci, tarixində isə 21-ci dəfə Portuqaliyanın ən güclü klubu olub.

Azərbaycan və İran azad edilmiş ərazilərdə birgə hərbi təlim keçirir

Azərbaycanda keçirilən “Araz-2025” birgə təliminə İran İslam Respublikasından cəlb olunan heyətin rəhbəri və digər iştirakçılar ölkəmizə səfər edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Hər iki ölkənin təlim rəhbərləri və digər yüksək səviyyəli üzvləri arasında görüş keçirilib.

Bağdadda Ərəb Liqasının Sammiti başlayıb: Qəzza əsas gündəmdir

Şənbə günü İraqın paytaxtı Bağdadda Ərəb Liqasının 34-cü sammiti başlayıb.

ABŞ prezidenti Donald Trampın Körfəz səfərindən dərhal sonra keçirilən sammitə Fələstin prezidenti Mahmud Abbas qatılan ilk ərəb lider olub.

Şənbə günü səhər sammitdə iştirak etmək üçün Bağdada gələnlər arasında Misir prezidenti Əbdülfəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani də var.

Hindistan Türkiyəni boykot edir: Milyardlarla dollarlıq idxal risk altındadırmı?

Hindistan mediası boykotdan milyardlarla dollarlıq idxalın və milyonlarla dollarlıq turizm xərclərinin təsirlənəcəyini iddia edir. Bununla belə, bu addımın həqiqətən Türkiyəyə təsir edib-etməyəcəyi ilə bağlı sual işarələri də var.

Türkiyənin Hindistan və Pakistan arasındakı qarşıdurmada İslamabada verdiyi dəstəkdən sonra Hindistanda türk mallarına və şirkətlərinə qarşı boykot hərəkatı başlayıb.