17 May 2025

Heç bir güc öz imanına sadiq qalan bir xalqa qalib gələ bilməz

Bağdad Cümə namazı imamı, Körfəz ərəb ölkələri liderləri və ABŞ prezidenti Donald Trampın Səudiyyənin paytaxtı Ər-Riyadda son sammiti ilə bağlı verdiyi açıqlamada, Ər-Riyaddakı görüşün Bağdadın ərəb liderlərini qəbul etməyə hazırlaşdığı bir vaxtda Bağdad sammitini zəiflətmək məqsədi daşıdığını vurğulayıb.

Qəzzədə daha 153 fələstinli şəhid olub - Şəhidlərin sayı 53272 nəfərə çatıb

Fələstinin Qəzzə üzrə Səhiyyə Nazirliyi şənbə günü bildirib ki, son 24 saat ərzində bölgədə 153 nəfər şəhid olub, 456 nəfər yaralanıb.

Sionist rejimin Qəzzə zolağına təcavüzünün davam etməsi nəticəsində, 2023-cü il oktyabrın 7-dən bu bölgədə şəhidlərin ümumi sayı 53272 nəfərə çatıb.

Ayətullah Xamenei: Trampın sözləri Amerika xalqı üçün rüsvayçılıqdır

İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei deyib: ABŞ prezidentinin regiona səfəri zamanı verilən bəzi bəyanatlar qətiyyən cavab verilməyə layiq deyil. Nitqin səviyyəsi o qədər aşağıdır ki, danışan üçün biabırçılıq, Amerika milləti üçün isə utanc mənbəyidir.

Ölkənin hər yerindən minlərlə müəllim 17 may 2025-ci il tarixində İmam Xomeyni Hüseyniyyəsində İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei ilə görüşüb.

"Nəcməddin Sadıkovun göstərişi ilə 800 min manat verilib" - MN-dəki milyonluq mənimsəmə ilə bağlı məhkəmə

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

İsrail Seyid Əbdülməlik əl-Husini hədələdi: ''Sənin də axırın Nəsrullah və Sinvar kimi olacaq''

İsrailin Müharibə Naziri Katz Ənsarullah lideri Əbdülməlik əl-Husiyə Qəzza, Beyrut və Tehrandakı liderlərə qarşı hücumları xatırladaraq onu sui-qəsdlə hədələyib.

İsrailin Müharibə Naziri İsrael Katz cümə günü Yəmən limanlarına hücumların həyata keçirildiyini təsdiqləyib və Ənsarullah lideri Əbdülməlik əl-Husini öldürməklə hədələyib.

NBA-da daha bir yarımfinalçı bəlli olub, son çempion mübarizəni dayandırıb

Milli Basketbol Assosiasiyasında (NBA) üçüncü yarımfinalçı bəlli olub.

"Nyu-York Niks" bu raundda iştirak hüququ əldə edib.

Komanda 1/4 finalın altıncı oyununda "Boston"u 119:81 hesabı ilə üstələyib.

Seriyada 4:2 önə keçən "Nyu-York Niks" yarımfinala vəsiqə qazanıb. Finala gedən yolda rəqib "İndiana" olacaq. Mübarizəni dayandıran "Boston" 2024-cü ildə NBA çempionu olub.

İtaliya Quranı yandırmaqla gündəmə gələn danimarkalı ifrat sağçı Paludanı deportasiya edib

İtaliya Danimarkanın ifrat sağçı “Strikt Line” partiyasının lideri Rasmus Paludanı ölkəyə tədbir üçün gələndən sonra ictimai asayişi pozduğuna görə deportasiya etdiyi bildirilir.

İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, son illərdə dəfələrlə Quran yandırmaqla gündəmə gələn 43 yaşlı danimarkalı siyasətçi Paludan mayın 17-də Milanın şimalında Avropa ifrat sağçı qruplarının keçirməyi planlaşdırdığı “Köçürmə Sammiti” üçün gəldiyi Malpensa hava limanında İtaliya polisi tərəfindən saxlanılıb.

İstanbul danışıqları heç 2 saat çəkməyib

Son üç ildən artıq bir müddətdə Rusiya və Ukrayna arasında ilk birbaşa sülh danışıqları tez bitib. Məhbus mübadiləsi üzrə razılaşmadan başqa elə bir proqres baş verməyib. Ukrayna rəsmiləri Rusiyanı "qəbuledilməz" tələblər irəli sürməkdə ittiham edib.

Türkiyə rəsmiləri İstanbuldakı danışıqların başlayandan 90 dəqiqə sonra bitdiyini deyiblər. AFP Ukrayna rəsmisinə istinadla yazıb ki, mayın 16-da əlavə danışıqlar mümkündür, amma "indilik, planlaşdırılmır".