16 May 2025
"Siyasi sifarişli məhkəmələrə son qoymaq lazımdır, ölkəmizdə qanun şah olmalıdır"
Hazırda yenilənmədə olan siyasi məhbus siyahısında 365 nəfərin adı var
Elşən Rəhimov şərti azadlığa buraxılıb
Müsəlman Birliyi Hərəkatının üzvü Elşən Rəhimov bu gün (16 may) şərti azadlığa buraxılıb. İnanclı cəzanın 3 hissəsini çəkdikdən sonra qalan 1 hissə ilə bağlı məhkəməyə müraciət edib.
Qəzzada öldürülən jurnalistlərin sayı 217-yə çatıb
Jerusalem News Network-də çalışan jurnalist Əhməd Ənvər Əbdülhadi Əl-Halu şəhadətindən sonra İsrail soyqırımının başladığı gündən Qəzza zolağında şəhid olan jurnalistlərin sayının 217-yə çatdığı bildirilib.
Qəzza zolağının Dövlət İnformasiya Ofisi cümə axşamı günü elan edib ki, İsrailin 2023-cü il oktyabrın 7-dən bəri həyata keçirdiyi soyqırımın əvvəlindən öldürülən fələstinli jurnalistlərin sayı 217-yə çatıb.
İsrailin Qəzzaya qarşı blokadası "yox etmə vasitəsinə" çevrilib
Human Rights Watch (HRW) Beynəlxalq İnsan Hüquqları Təşkilatı bildirib ki, İsrailin Qəzza zolağına qarşı 8 həftədir tətbiq etdiyi ərzaq, su və humanitar yardım blokadası artıq “yox etmə vasitəsinə” çevrilib.
HƏMAS kütləvi etirazlara çağırır
HƏMAS sionist İsrailin Qəzza zolağında törətdiyi soyqırımı dayandırmaq üçün üç günlük genişmiqyaslı etiraz aksiyaları və tədbirlərə çağırıb.
HƏMAS verdiyi yazılı açıqlamada qatil İsrailin Qəzzada törətdiyi qırğınların dozasını artıraraq qəsəbələri, sığınacaqları, çadırları və xəstəxanaları hədəf aldığını, bəzi ailələri isə əhali qeydlərindən tamamilə sildiyini bildirib.
Papa XIV Leo sosial mediaya qayıdır: O, sülh mesajı verir
Papa XIV Leo Vatikanın rəsmi sosial media hesablarını nəzarətə götürüb. Çərşənbə axşamı Instagram-dakı ilk paylaşımında o, papa kimi dünyaya ilk sözləri "Hamınıza salam olsun!" olub.
@Pontifex Instagram hesabında paylaşılan paylaşımda tarixdə ilk Amerika papası olan XIV Leo-nun ilk dövrlərini sənədləşdirən bəzi fotoşəkillər yer alıb.
Çin ABŞ-a qarşı sanksiyaları dayandırıb
Cenevrədəki danışıqlardan sonra Çin ABŞ-da yerləşən 45 şirkətə qarşı sanksiyaları 90 gün müddətinə dayandırıb. Qərar qarşılıqlı gömrük rüsumlarının müvəqqəti azaldılması ilə eyni vaxtda qüvvəyə minib.
Ayətullah Şəhristani İslam və İran Tarixi Kitabxanasının yubiley tədbirində iştirak edib
İranın Qum şəhərində İslam və İran Tarixi Kitabxanasının 30 illik fəaliyyətinə həsr olunmuş yubiley tədbiri böyük mərcə Ayətullah Əl Üzma Seyid Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Seyyid Cavad Şəhristani və Höccətül-İslam vəl-Müslimin Həsən Safi Qulpayiqaninin iştirakı ilə Qum şəhərində yerləşən “Tolue Mehr” Universitetində keçirilib.
İsrailin milli təhlükəsizlik nazirinə antisionist yəhudilər hücum etdi
15 may tarixində İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və həyat yoldaşı Ayala, Bney-Brak və Qüds arasında yerləşən ultra-ortodoksal Bət-Şemeş şəhərində anti-sionist yəhudilərin hücumuna məruz qalıb.
Hadisə zamanı “Neturei Karta” adlı anti-sionist ultra-ortodoksal icmanın üzvləri nazirin avtomobilini əhatəyə alaraq, ona qarşı təhqiramiz şüarlar səsləndiriblər: “Sionist, qatil! Orduda xidmətə çağırışı dəstəkləyirsən, buranı tərk et!”, – məlumatı ivrit dilli media yayıb.
“Barselona” növbəti dəfə La Liqa çempionu olub
İspaniya La Liqasında XXXVI tura yekun vurulub.
Lider “Barselona” səfərdə “Espanyol”la qarşılaşıb.
Gərgin keçən matçda qonaqlar rəqibini 2 cavabsız qolla məğlub etməyi bacarıb.
Bu qələbə nəticəsində xallarının sayını 85-ə çatdıran Kataloniya təmsilçisi, ən yaxın izləyicisi “Real Madrid”i 7 xal qabaqlayaraq çempionluğunu rəsmiləşdirib.
Husilər yenidən Təl-Əvivin Ben Qurion hava limanına raket zərbələri endirib
Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri Təl-Əvivdəki Ben Qurion beynəlxalq hava limanına növbəti dəfə raket zərbəsi endirib.