Azərbaycan vasitəsilə tranzit edilən Qazaxıstan neftinin həcmi 3 milyon tona çatıb
Azərbaycan vasitəsilə tranzit edilən Qazaxıstan xam neftinin həcmi 3 milyon tona çatıb.
Bu barədə “SOCAR Midstream Operations” MMC xəbər verir.
Azərbaycan vasitəsilə tranzit edilən Qazaxıstan xam neftinin həcmi 3 milyon tona çatıb.
Bu barədə “SOCAR Midstream Operations” MMC xəbər verir.
İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunus şəhərindəki Nasir xəstəxanasına təşkil etdiyi hücumda bir jurnalist şəhid olub.
Fələstinin WAFA xəbər agentliyi İsrail ordusunun təyyarələrinin Nasser xəstəxanasına hücum etdiyini bildirib.
Əvvəlki hücumda yaralanan və xəstəxanada müalicə alan jurnalist Həsən Əbdülfəttah İslihin hücumda şəhid olduğu, bəzi xəstələrin isə yaralandığı bildirilib.
Hindistanın Baş naziri Narendra Modi, Pahalgam terror hücumuna cavab olaraq başladılan Sindoor əməliyyatının sadəcə bir ad olmadığını, bütün dünyanın Hindistanın qətiyyətinin hərəkətə keçdiyini anladığını bildirərək, Pakistana qarşı hərbi əməliyyatın yalnız dayandırıldığını açıqladı.
Hindistanın baş naziri Narendra Modi Pakistanla yaşanan gərginlikdən sonra xalqa müraciət edib.
Əfqanıstanlı xəttat dünyanın ən böyük Qurani-Kərim nüsxəsini hazırlayıb.
Sözügedən nüsxənin uzunluğu 2,28 metr, eni 1,55 metdir.
Əfqan xəttat Məhəmməd Sabir Hədri 9 tələbəsi ilə birlikdə bu Quran nüsxəsinin hazırlanmasına hər gün 18 saat işləməklə ümumilikdə 5 il vaxt sərf edib.
“Ən böyük Quran” nüsxəsinin çəkisi 500 kq-dir. Səhifə sayı isə 218-dir.
Livan Hizbullahının baş katibi deyib: Livandakı islami müqavimət 1982-ci ildən bəri Livan ərazilərinin sionist rejim tərəfindən işğal olunmuş ərazilərə ilhaqının qarşısını alıb.
Bu gün İtaliya A seriyasında 36-cı tura yekun vurulub.
Son oyun günündə 2 matç keçirilib.
"Roma" səfərdə "Atalanta"ya uduzub. "Fiorentina" isə "Venetsiya"ya məğlub olub.
Hazırda A seriyasının turnir cədvəlinə 78 xalla "Napoli" liderlik edir. 77 xala malik "İnter" 2-ci, "Atalanta" isə 71 xalla 3-cüdür.
İtaliya A seriyası, 36-cı tur
12 may
Mayın 12-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində talış tarixinin tədqiqatçısı İqbal Əbilovun ittiham olunduğu iş üzrə məhkəmə prosesi keçirilib.
Məhkəmədə müdafiə tərəfi vətənə xəyanət maddəsi ilə ittiham olunan gənc alimə qarşı heç bir sübutun olmadığını deyib və məhkəmədən onun üçün bəraət istəyib.
Əbilov isə məhkəmədən son sözünü demək üçün vaxt istəyib.
Növbəti məhkəmə prosesi mayın 15-ə təyin olunub.