Azərbaycanlı zəvvarlar üçün Həcc ayinlərinin vaxtı açıqlanıb
Azərbaycanlı zəvvarlar üçün Hacc ayinlərinin vaxtı açıqlanıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Hacc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib ki, Hacc ziyarətinə ilk qrup mayın 25-də yola düşəcək.
"Hər birində 45 olmaqla dörd heyətin, yəni 180 nəfərin ilk qrupun tərkibində Hacca gedəcəyi gözlənilir. Hər 44 nəfərə QMİ-nin bir əməkdaşı rəhbərlik edəcək", - o, bildirib.