18 May 2024

İran-Azərbaycan sərhədində "Qız Qalası" və "Xudafərin" bəndlərinin və hidroqovşaqlarının açılışı olacaq

İranın Energetika Nazirliyinin məlumatına görə, bazar günü İran və Azərbaycan prezidentlərinin iştirakı ilə "Qız Qalası" və "Xudafərin" bəndlərinin açılış mərasimi olacaq.

Bu obyektlər İran tərəfindən Azərbaycanla sərhəddə Araz çayında, bu ərazilər erməni işağlı altında olarkən tikilib.

Hazırda bu bəndlərin suyundan və SES-dən ədə olunan elektrik enerjisindən hər iki ölkə istifadə edəcək.

İraq Hizbullah Briqadalarının baş katibi Həmas lideri ilə telefon əlaqəsi qurub

İraq Hizbullah Briqadalarının baş katibi Əbu Hüseyn əl-Həmidavi Fələstin İslami Müqavimət Hərəkatı Həmas hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefon danışığı aparıb.

Əbu Hüseyn əl Həmidavi İsmayıl Haniyə ilə bu telefon danışığında Qəzza müharibəsi ilə bağlı son hadisələri müzakirə edib.

Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb

Bəhreynin paytaxtı Manamada keçirilən sammitdə iştirak edən ərəb liderləri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıblar.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalının istinad etdiyi sammitin bəyannaməsində deyilir.

Azərbaycanın Tehrandakı səfirliyinin yeni yeri açıqlanıb

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayhan Hacızadə “Ölkəmizin Tehrandakı səfirliyinin yeni yeri açıqlanıb” deyib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycanın Tehrandakı səfirliyinin yeni yerinin müəyyənləşdiyini bildirib.