11 February 2024

Şeyx Nəim Qasim: İsrail Qəzzaya qarşı müharibədə Amerikanın əlində alətdir

Hizbullah baş katibinin müavini müqavimətin heç vaxt Livandakı vəzifələrini, eləcə də sionistlərlə mübarizəsini əsirgəmədiyini bildirib və deyib: “Sionistlər Amerikanın Qəzzaya qarşı müharibədə alətləridir və əgər Amerika müharibəni dayandırmaq istəyərsə, bunu edə bilər."

Misir valyuta böhranından çıxmaq üçün sahil şəhərini BƏƏ-yə 22 milyard dollara satır

Ölkədəki ciddi valyuta qıtlığı səbəbindən çətin anlar yaşayan Misir prezidenti Əbdülfəttah əs-Sisinin turizm şəhərciyini satması müxalifət tərəfindən sərt şəkildə tənqid edilir.

Misir Birləşmiş Ərəb Əmirlikləri ilə Aralıq dənizi sahilində, paytaxt Qahirənin təxminən 350 kilometr şimal-qərbində yerləşən Ras Əl-Həkmə bölgəsinə təxminən 22 milyard dollar sərmayə yatırmaq barədə razılığa gəldiyi barədə mediada yayılan xəbərləri rəsmi olaraq təsdiqləyib.

Netanyahuya qarşı qəzəb səngimir

İsrailin Qəzza zolağına hücumları davam edərkən, məhbusların yaxınlarının etirazları da davam edir. Qəzza zolağında əsir saxlanılanların yaxınları və onlara dəstək olmaq istəyən minlərlə insan Təl-Əvivin Həbimə meydanında bir araya gəlib.

Mövcud hökumətə etiraz edən minlərlə nümayişçi bütün girovların azad edilməsini və təcili seçkilərin keçirilməsini istəyib. Onlar hökumətin hərəkətlərini və 7 oktyabr hadisələrinə reaksiyasını tənqid edib və "Zaman onları öldürür" yazılı plakatlar qaldırıb.

Yəməndə ABŞ və İngiltərə hücumlarında şəhidlər üçün dəfn mərasimi keçirilib

Yəmən Ənsarullah Hərəkatı ABŞ və Böyük Britaniyanın Yəmənə qarşı hücumları nəticəsində 17 üzvünün şəhid olduğunu açıqlayıb.

SABA agentliyində yer alan xəbərə görə, ABŞ və İngiltərənin hücumlarında şəhid olanlar üçün dəfn mərasimi keçirilib.

Digər tərəfdən, Ənsarullaha bağlı Əl-Mesira kanalında yayımlanan xəbərdə ABŞ və İngiltərənin Yəmənin Hudeydə şəhərinə 3 hava hücumu təşkil etdiyi bildirilib.

İranın Xarici İşlər naziri Fələstin müqavimət qruplarının rəhbərləri ilə görüşüb

İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Livana səfəri zamanı Fələstin müqavimət qruplarının bəzi liderləri ilə görüşüb, onlarla Qəzzada müharibənin tez bir zamanda dayandırılmasının və məzlum Fələstin xalqına humanitar yardımın göndərilməsinin zəruriliyi ilə bağlı danışıb.

Fevralın 9-da Əmir Abdullahiyan Livan hökumət rəsmiləri ilə görüşmək üçün nümayəndə heyətinin müşayəti ilə Beyruta gedib.

Taekvondoçularımız Türkiyə açıq çempionatında 4 medal qazandılar

Azərbaycanın yeniyetmə taekvondoçuları Antalyada keçirilən Türkiyə açıq çempionatında daha 4 medal qazanıblar.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, yığmanın heyətində Hüseyn Abbaslı (148 sm) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub.

Yalnız finalda uduzan Murad Canəliyev (152 sm), Novruz Əliyev (168 sm) və Çingiz Həsənov (172 sm) ikinci yeri tutublar.

İsrail Livana hücum etdi, ölən və yaralananlar var

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, İsrail ordusunun Livanın daxili bölgələrində yerləşən Sayda şəhərinin şimalında bir avtomobilə təşkil etdiyi hücumda ilkin məlumata görə 4 nəfər həyatını itirib.

”Al Mayadeen” telekanalının yaydığı xəbərə görə, İsrail qüvvələri Sayda şəhərinin şimalındakı Cadra bölgəsində bir avtomobili atəşə tutub.

İlkin məlumata görə, hücum nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Bu il Həcc ziyarəti üçün qiymətlər müəyyənləşib

Qafqaz Müsəlmanları İdarəsi 2024-cü ildə Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün qiymətləri təyin edib.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Vüsal Cahangiri qeyd edib ki, ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.