Hizbullah baş katibinin müavini müqavimətin heç vaxt Livandakı vəzifələrini, eləcə də sionistlərlə mübarizəsini əsirgəmədiyini bildirib və deyib: “Sionistlər Amerikanın Qəzzaya qarşı müharibədə alətləridir və əgər Amerika müharibəni dayandırmaq istəyərsə, bunu edə bilər."
Livan Hizbullahının baş katibinin müavini Şeyx Nəim Qasim çıxışında sionist düşmənlə mübarizə prosesi ilə bağlı açıqlamalar verib və deyib: Qəzzada müharibənin dayandırılması ilə bağlı hazırkı qərar Amerikanın qərarıdır və əgər Amerika müharibəni dayandırmağa qərar verərsə, bunu edə bilər və yalnız işğalçı rejimin baş naziri Binyamin Netanyahuya və başqalarına hər şeyə son qoymaq üçün təzyiq etmək kifayətdir, çünki onların hamısı Amerikanın onları istədiyi kimi idarə etməsi üçün alətdir.
Sionistlərin Qəzzada döyüşərkən istifadə etdikləri bütün hərbi texnika və qurğular Amerikanın obyektləridir. Deməli, Amerika Netanyahuya qarşı olduğunu deyirsə, amma heç nə etmirsə, bilin ki, bu, ABŞ prezidenti Co Baydenin bu ölkədə səsləri itirməmək üçün etdiyi seçki kampaniyasıdır və o, yalançıdır.
Əgər ABŞ indi müharibəni dayandırmaq qərarına gəlsə, İsrail üçün nə qədər çətin olsa da, istənilən razılaşmaya əsasən müharibə dayandırılacaq. Çünki bu müharibəni davam etdirmək mənasız və faydasızdır. Bu gün şahidi olduğumuz şey müharibənin davamı deyil, qırğınların, soyqırımın davam etməsidir.
Fələstində müqavimət hələ də güclü və cəsurdur. Biz Livanda dəfələrlə təkrar etmişik ki, müqavimət bizim üçün müvəqqəti proses deyil. Müqavimət bizim seçimimizdir, torpağı azad etmək, vətəni, milləti müdafiə etmək variantıdır. Bu o deməkdir ki, nə qədər ki, İsrail var, müqavimət təkcə Livanda deyil, bütün regionda və təbii ki, Fələstində mövcud olmalı və inkişaf etməlidir”.
Şeyx Nəim Qasim Livanda bəzi partiyaların Hizbullaha qarşı ittihamlarına toxunaraq deyib: “Bəziləri deyir ki, Hizbullah prezident seçkilərinə mane olur, biz niyə prezident seçkilərinə mane olaq? Siz birləşib prezidenti seçmək üçün kifayət qədər səs çoxluğu əldə edə bilməyən sizsiniz, konsensus, razılıq əldə olunmayana qədər prezident seçilməyəcək, amma bizi bunun qarşısını almaqda ittiham edirsiniz. Bu, başqalarını günahlandıraraq insanlara haqq qazandırmaq istəyən zəif insanların vərdişidir”.
Şeyx Nəim Qasim: İsrail Qəzzaya qarşı müharibədə Amerikanın əlində alətdir