İsrail Livana hücum etdi, ölən və yaralananlar var

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, İsrail ordusunun Livanın daxili bölgələrində yerləşən Sayda şəhərinin şimalında bir avtomobilə təşkil etdiyi hücumda ilkin məlumata görə 4 nəfər həyatını itirib.

”Al Mayadeen” telekanalının yaydığı xəbərə görə, İsrail qüvvələri Sayda şəhərinin şimalındakı Cadra bölgəsində bir avtomobili atəşə tutub.

İlkin məlumata görə, hücum nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Livan mediasında İsrailin hədəfinin Livandakı HƏMAS Hərəkatının rəsmilərindən biri olduğu və bu şəxsin həyatada olduğu barədə xəbərlər yayılıb.