08 May 2023

Daha üç cüdoçumuz dünya çempionatını medalsız başa vurdu

Azərbaycanın daha üç cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatını medalsız başa vurub.

Operativtv.com Unikal-a istinadən məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən Avropa çempionu Orxan Səfərov 1/16 final mərhələsində Daikli Boubanı (Fransa) məğlub etsə də, Elios Manziyə (İtaliya) uduzub.

İmamoğlunun Ərzurum mitinqində insident baş verdi: Əraziyə toplaşanlara daşla hücum edildi

Mitinq başlamazdan əvvəl Əkrəm İmamoğlu bölgəyə aparılan bələdiyyə avtobuslarının görüntülərini paylaşaraq mitinqin qarşısını almağa çalışdıqlarını bildirib. İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun dünən Ərzurumda keçirdiyi toplantıda baş verən hadisələrə polis müdaxilə edib. Mitinqə toplaşan kütləyə edilən hücumlardan sonra İmamoğlu çıxışını təhlükəsizlik tələbi ilə bitirib.

Fələstinli Müqavimət döyüşçülərindən intiqam vədi

İsrail rejimi qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində iki fələstinli gənci öldürməsindən bir neçə saat sonra, işğalçı bir İsrailli işğal olunmuş ərazinin şimal hissəsində bir gənc fələstinlini şəhid edib. Fələstin İnformasiya Mərkəzi bildirib ki, qətldən sonra onlarla fələstinli etiraz aksiyaları keçirib və fələstinli gənclərin edamını pisləyən şüarlar səsləndiriblər.

İmamoğlu barəsində cinayət işi açılacaq

Ərzurumda icazəsiz mitinq keçirdiyinə görə İmamoğlu barəsində cinayət işi açacağam.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ərzurum bələdiyyə sədri Mehmet Sekmen məlumat verib.

"İmamoğlu Elazığda baş verən zəlzələdən sonra Ərzuruma tətilə gəlmişdi. Ərzurum milliyətçi şəhərdir. Burada icazəsiz heç bir mitinq keçirilə bilməz" - deyə Sekmen bildirib.

İmam Əli (ə) ziyarətgahına bağlı böyük anbarın açılışı

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Nəcəfdə İmam Əli (ə) ziyarətgahına bağlı böyük anbarın açılışı olub.

Açılışda ziyarətgahın məsul şəxsləri iştirak edib.

Müasir standartlarla qurulmuş anbar ziyarətgah komplekslə yanaşı, ətrafda yaşayan insanların ehtiyaclarının ödənməsi üçün xidmət göstərəcək.

Anbar tam elektronlaşdırılıb və təhlükəsizlik müşahidə kameraları ilə təchiz olunub.

Azərbaycanda 801 məhkum əfv edilib

Azərbaycan prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb.

Sərəncama əsasən, 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.