İmam Əli (ə) ziyarətgahına bağlı böyük anbarın açılışı

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Nəcəfdə İmam Əli (ə) ziyarətgahına bağlı böyük anbarın açılışı olub.

Açılışda ziyarətgahın məsul şəxsləri iştirak edib.

Müasir standartlarla qurulmuş anbar ziyarətgah komplekslə yanaşı, ətrafda yaşayan insanların ehtiyaclarının ödənməsi üçün xidmət göstərəcək.

Anbar tam elektronlaşdırılıb və təhlükəsizlik müşahidə kameraları ilə təchiz olunub.