Fələstinli Müqavimət döyüşçülərindən intiqam vədi

İsrail rejimi qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində iki fələstinli gənci öldürməsindən bir neçə saat sonra, işğalçı bir İsrailli işğal olunmuş ərazinin şimal hissəsində bir gənc fələstinlini şəhid edib. Fələstin İnformasiya Mərkəzi bildirib ki, qətldən sonra onlarla fələstinli etiraz aksiyaları keçirib və fələstinli gənclərin edamını pisləyən şüarlar səsləndiriblər.

Qəzza zolağında yerləşən İslami Müqavimət Hərəkatı HƏMAS Ömərin ölümündən sonra verdiyi açıqlamada "Qəhrəman xalqımız işğalçıların cinayətlərinə görə səssiz qalmayacaq" deyib. "Xalqımızın qanı ucuz deyil və bunun əvəzini düşmən ödəyəcək" deyən HƏMAS, İsrailin cinayətlərinin yalnız Fələstin xalqının "müqavimətini artırmasına və şəhid Ömərin qanının qisasını almasına" səbəb olduğunu bildirib.

Xatırladaq ki, dünən səhər saatlarında İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı qaçqın düşərgəsinə basqın zamanı iki fələstinlini güllələyib. Fələstin Səhiyyə Nazirliyi şəhidlərin hər ikisinin 22 yaşında olduğunu və döş, boyun və qarın nahiyəsindən aldığı güllə yaralarından dünyasını dəyişdiyini bildirib.

İslami Cihad hərəkatının ali liderlərindən olan Xıdır Adnanın İsrail nəzarətində öldürülməsindən sonra işğal olunmuş ərazilərdə, Qəzza zolağında və İordan çayının qərb sahilində vəziyyət gərginləşib. Minlərlə fələstinli saxlanmasına etiraz olaraq uzun müddət aclıq aksiyası keçirərkən səhhəti pisləşərək həyatını itirən Adnana İsrail rejiminin pis rəftarını pisləmək üçün nümayişlər keçirir.