20 November 2022

Gürcüstan Müsəlmanları İdarəsinin Ruhanilər Heyəti Xəzər Tv-nin hazırladığı veriliş barədə etiraz bəyanatı yayıb

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və Ruhanilər Heyəti Xəzər Tv-nin Gürcüstanda dini vəziyyətlə bağlı hazırladığı veriliş haqda etiraz bəyanatı yayıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bəyanatda Xəzər televiziyasının hazırladığı reportajın Gürcüstanda yaşayan azərbaycanlıların incikliyinə səbəb olduğu bildirilir.

Hikmət Hacıyev: “Azərbaycan bütün dövrlərdə qarşılıqlı hörmət və etimad əsasında İranla əlaqələrin inkişafında maraqlı olub, bu gün də bu belədir”

“İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin İran mediasına verdiyi açıqlaması ilə tanış olmuşuq”.

Operativtv.com APA-ya istinadən bildirir ki, bunu açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Dünya çempionatının təqvimi

Bu gün futbol üzrə 22-ci dünya çempionatı başlayacaq.

Operativtv.com Apasport.az-a istinadən xəbər verir ki, planetin ən güclü adı uğrunda mübarizə aparacaq 32 komanda Qətərdə toplaşıb.

29 gün davam edəcək mundialda 64 oyun keçiriləcək. Komandalar öncə hərəsində 4 iştirakçı olmaqla 8 qrupda yarışacaq. Hər qrupun iki ən yaxşısı 1/8 finaldan mübarizəni davam etdirəcək.

İsrailin cinayətkar dəstə lideri Cənubi Afrika polisi tərəfindən həbs edilib

Operativtv.com Shafaqna-ya istinadən xəbər verir ki, qətl, sui-qəsd və adam öldürməyə cəhddə şübhəli bilinərək axtarışda olan 46 yaşlı şəxs Abergil Təşkilatı ilə əlaqəlidir və 2015-ci ildən İnterpolun qırmızı siyahısındadır. İdarə cinayətkarın adını hallandırmasa da, onun əhəmiyyətli simaya malik olduğunu qeyd edib. Cənubi Afrika Polis Xidməti İnterpol və xüsusi təyinatlı polis bölmələrinin təşkil etdiyi əməliyyat nəticəsində dəstə başçısının daha 7 nəfərlə birlikdə həbs edildiyini bildirib.

Parisdə sarı jiletlilər yenə etiraz edir

Operativtv.com Rasthaber-ə istinadən Fransanın paytaxtı Parisdə sarı jiletli fəallar etirazlarının 4-cü ilində yenidən küçələrə çıxıdığını yazır. Fransada vətəndaşların təşəbbüsü ilə sosial ədalət, daha çox demokratiya və referendumun təşkil edilməsini istəyən sarı jiletlilər  mübarizələrinin 4-cü ilində yenə Parisdə nümayiş keçirib. Yüzlərlə insanın iştirak etdiyi nümayişdə zaman zaman polislə nümayişçilər arasında gərgin anlar yaşanıb.

Həşdu-Şabi: Terrora qarşı mübarizə davam edir

Operativtv.com xarici mediaya istinadən xəbər verir ki, İraqda keçirilən tədbirdə çıxış edən "Həşdu-Şabinin lideri Falih əl-Fəyyad İŞİD qalıqlarının yerləşdiyi ərazilərin təmizlənməsi üçün əməliyyatların davam etdiyini bildirib. "Həşduş-Şabi İraq Silahlı Qüvvələrinin Baş Komandanından əmr alan hərbi qurumdur" - Fəyyad bildirib. Şəhid Əbu Mehdi əl-Mühəndisi rəhmətlə anan Fəyyad "O qiymətli şəhidi unutmayacağıq. Şəhidlər İraqın şərəf və qürurudur" -ifadəsini işlədib.

HƏMAS Azərbaycanın İsraildə səfirlik açma qərarına reaksiyası

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, İslami Müqavimət Hərəkatının (HƏMAS) liderlərindən olan Bəsim Nəim Azərbaycanın Təl-Əvivdə səfirlik açmaq qərarını pisləyib. O, bu addımı işğalçı rejimin terror, ekstremizm və faşizm əməlinə dəstək kimi xarakterizə edib. HƏMAS fələstinlilərə, onların müqəddəs yerlərinə və əsirlərinə qarşı ən iyrənc pozuntuları törədəcəyini vəd edən bir hökumətin qurulması üçün işlər getdiyi bir vaxtda Azərbaycanın bu addımını dəstək olaraq dəyərləndirib.

İraqın xarici işlər naziri: Biz İŞİD-in maliyyə resurslarını kəsməyə çalışırıq

   Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, İraqın xarici işlər naziri ölkəsinin İŞİD terrorizmi ilə mübarizədə hələ də dünyanın müxtəlif ölkələri ilə məsləhətləşmə və koordinasiyada olduğunu açıqlayıb. İraq mediası, İraqın xarici işlər naziri Fuad Hüseyn Manamadakı toplantıda çıxış edərək, bu açıqlama ilə çıxış edib. O, "Yaxın Şərqdəki münaqişələrə daimi həll yollarının tapılması regional təhlükəsizliyin inkişafının əsas açarıdır. Fələstin məsələsi, Yəmən və Liviyadakı vəziyyət bu münaqişələr arasındadır"-bildirib.

Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib

Azərbaycanın qadın boksçusu Mehparə Məmmədova İspaniyanın Alikante şəhərində gənclər arasında keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.

Operativtv.com federasiyadan Report-a istinadən verilən məlumata görə, 48 kq-da çıxış edən idmançı 1/8 finalda monqolustanlı Saruul Batsayxanla qüvvəsini sınayıb. Döyüş Məmmədovanın 5:0 (29:27, 29:27, 29:27, 30:26, 30:26) hesablı qələbəsi ilə yekunlaşıb.

Rusiyada qaz kəmərində baş verən yanğın söndürülüb

Leninqrad vilayətində qaz kəmərində baş verən açıq yanğın söndürülüb. Operativtv.com APA-nın Rusiya bürosuna istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumat üçün deyək ki, ötən gün Leninqrad vilayətinin Vsevolojsk rayonunda qazpaylayıcı stansiyada güclü yanğın baş vermişdi. Yanğın Bernqardovka və Kovalevo arasında qaz kəmərində baş verən partlayış nəticəsində törənib. Əhali üçün və yanğının yaşayış məntəqələrinə keçməsi təhlükəsinin olmadığı bildirilmişdi.

Qazaxıstanın hazırkı prezidenti seçkilərdə qalib gəlib (yenilənib)

Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev seçkilərdə 82,45% səslə qalib gəlib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunu “Açıq Cəmiyyət” Beynəlxalq Regional Araşdırmalar İnstitutunun keçirdiyi “exit-poll”un nəticələri sübut edir.

“Qazaxıstan” teleradio korporasiyasının təşkil etdiyi onlayn sorğuya əsasən, Tokayev 82,45% səs toplayıb.

 

******************************************************************************************

Türkiyə Suriya və İraqın şimalında hava əməliyyatlrı keçirib

Türkiyə Suriya və İraqda terrorçuların bazalarına qarşı qisas əməliyyatına başlayıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirlıiyi məlumat verib. Operativtv.nin türk mediasına istinad etdiyi məlumatda bildirilir ki, terrorçuların mövqeləri nöqtəvi zərbə ilə məhv edilir. Hava əməliyyatları PKK, KCK və YPG terrorçularının Türkiyəyə qarşı hücumları hazırladığı İraq və Suriyanın şimal ərazilərində keçirilib. Milli Müdafiə Nazirliyi əməliyyata 50 təyyarə və 20 PUA-nın cəlb olunduğunu bildirib.