Həşdu-Şabi: Terrora qarşı mübarizə davam edir

Operativtv.com xarici mediaya istinadən xəbər verir ki, İraqda keçirilən tədbirdə çıxış edən "Həşdu-Şabinin lideri Falih əl-Fəyyad İŞİD qalıqlarının yerləşdiyi ərazilərin təmizlənməsi üçün əməliyyatların davam etdiyini bildirib. "Həşduş-Şabi İraq Silahlı Qüvvələrinin Baş Komandanından əmr alan hərbi qurumdur" - Fəyyad bildirib. Şəhid Əbu Mehdi əl-Mühəndisi rəhmətlə anan Fəyyad "O qiymətli şəhidi unutmayacağıq. Şəhidlər İraqın şərəf və qürurudur" -ifadəsini işlədib.

Xatırladaq ki, İŞİD terror təşkilatı 2014-cü ildə İraqın bütün Mosul, Səlahəddin və Ənbar vilayətlərini, həmçinin Diyalə və Kərkük vilayətlərinin bir qismini ələ keçirib. Təşkilatın bu bölgələrdə illər ərzində mübarizəsi ərazilərin geri alınmasına səbəb olub. İraqın keçmiş baş naziri Heydər əl-Abadi 2017-ci il dekabrın 9-da İŞİD üzərində qələbə qazandığını elan edib. Aradan 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, sözügedən əyalətlərin bəzi bölgələrində təşkilatın İŞİD-ə qarşı hücumları davam edir.