Parisdə sarı jiletlilər yenə etiraz edir

Operativtv.com Rasthaber-ə istinadən Fransanın paytaxtı Parisdə sarı jiletli fəallar etirazlarının 4-cü ilində yenidən küçələrə çıxıdığını yazır. Fransada vətəndaşların təşəbbüsü ilə sosial ədalət, daha çox demokratiya və referendumun təşkil edilməsini istəyən sarı jiletlilər  mübarizələrinin 4-cü ilində yenə Parisdə nümayiş keçirib. Yüzlərlə insanın iştirak etdiyi nümayişdə zaman zaman polislə nümayişçilər arasında gərgin anlar yaşanıb. Borsa meydanında başlayan və Anne-Marie Carriere meydanında sona çatan nümayişin marşrutunda nümayişçilər bəzi zibil qutularını yandırıblar.

Xatırladaq ki, Fransada yanacağın bahalaşması və pis iqtisadi şərtlərə cavab olaraq 17 noyabr 2018-ci ildə başlayan sarı jiletlilər hərəkatı prezident Emmanuel Makronun sosial-iqtisadi siyasətlərinə etirazlarla davam edir. Sarı jiletlilər hər şənbə Paris küçələrində "Makron istəməsə belə, biz işçilərin ləyaqəti və daha yaxşı dünya üçün buradayıq" şüarı ilə etiraz edirlər.