İsrailin cinayətkar dəstə lideri Cənubi Afrika polisi tərəfindən həbs edilib

Operativtv.com Shafaqna-ya istinadən xəbər verir ki, qətl, sui-qəsd və adam öldürməyə cəhddə şübhəli bilinərək axtarışda olan 46 yaşlı şəxs Abergil Təşkilatı ilə əlaqəlidir və 2015-ci ildən İnterpolun qırmızı siyahısındadır. İdarə cinayətkarın adını hallandırmasa da, onun əhəmiyyətli simaya malik olduğunu qeyd edib. Cənubi Afrika Polis Xidməti İnterpol və xüsusi təyinatlı polis bölmələrinin təşkil etdiyi əməliyyat nəticəsində dəstə başçısının daha 7 nəfərlə birlikdə həbs edildiyini bildirib. Polisin verdiyi açıqlamada, şübhəlinin narkotik saxlamaq, lisenziyasız odlu silah və döyüş sursatları və odlu silah saxlamaq ittihamları ilə gələn həftə Cənubi Afrika məhkəməsinə təhvil veriləcək. Qeyd edək ki, İsrailin təcavüzkar və irqçi siyasətinə görə Cənubi Afrikanın bu rejimlə heç bir əlaqəsi yoxdur.