İraqın xarici işlər naziri: Biz İŞİD-in maliyyə resurslarını kəsməyə çalışırıq

   Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, İraqın xarici işlər naziri ölkəsinin İŞİD terrorizmi ilə mübarizədə hələ də dünyanın müxtəlif ölkələri ilə məsləhətləşmə və koordinasiyada olduğunu açıqlayıb. İraq mediası, İraqın xarici işlər naziri Fuad Hüseyn Manamadakı toplantıda çıxış edərək, bu açıqlama ilə çıxış edib. O, "Yaxın Şərqdəki münaqişələrə daimi həll yollarının tapılması regional təhlükəsizliyin inkişafının əsas açarıdır. Fələstin məsələsi, Yəmən və Liviyadakı vəziyyət bu münaqişələr arasındadır"-bildirib.

Xatırladaq ki, noyabrın 18-20-də Bəhreyndə müxtəlif ölkələrin nümayəndələrinin iştirakı ilə “Manama Dialoqu 2022” adlı 18-ci təhlükəsizlik toplantısı keçirilir.