HƏMAS Azərbaycanın İsraildə səfirlik açma qərarına reaksiyası

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, İslami Müqavimət Hərəkatının (HƏMAS) liderlərindən olan Bəsim Nəim Azərbaycanın Təl-Əvivdə səfirlik açmaq qərarını pisləyib. O, bu addımı işğalçı rejimin terror, ekstremizm və faşizm əməlinə dəstək kimi xarakterizə edib. HƏMAS fələstinlilərə, onların müqəddəs yerlərinə və əsirlərinə qarşı ən iyrənc pozuntuları törədəcəyini vəd edən bir hökumətin qurulması üçün işlər getdiyi bir vaxtda Azərbaycanın bu addımını dəstək olaraq dəyərləndirib. Sionistlərin illərdir bu cür normallaşma qərarlarından sui-istifadə edərək, daha çox torpaq ələ keçirmək, müqəddəs yerləri yəhudiləşdirmək və Fələstin xalqını ən elementar hüquqlarından məhrum etmək planlarını həyata keçirdiklərini bildirən Nəim, Azərbaycan Milli Məclisi və hökümətini işğal rejimində səfirlik açılma qərarından əl çəkməyə dəvət edib. HƏMAS lideri həmçinin Azərbaycan Milli Məclisi və hökumətindən Fələstin xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsini dəstəkləyəcək qərarlar qəbul etməyi xahiş edib.

Xatırladaq ki, Azərbaycan Milli Məclisinin Baş Assambleyası yeni diplomatik nümayəndəliklər haqqında layihəni müzakirə edib və İsraildə səfirliyin və Fələstinin Ramallah şəhərində nümayəndəliyin açılması təklifini qəbul edib.