Rusiyada qaz kəmərində baş verən yanğın söndürülüb

Leninqrad vilayətində qaz kəmərində baş verən açıq yanğın söndürülüb. Operativtv.com APA-nın Rusiya bürosuna istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumat üçün deyək ki, ötən gün Leninqrad vilayətinin Vsevolojsk rayonunda qazpaylayıcı stansiyada güclü yanğın baş vermişdi. Yanğın Bernqardovka və Kovalevo arasında qaz kəmərində baş verən partlayış nəticəsində törənib. Əhali üçün və yanğının yaşayış məntəqələrinə keçməsi təhlükəsinin olmadığı bildirilmişdi. Hadisə şahidlərinin sözlərinə görə, yanğın başlamazdan əvvəl güclü partlayış səsi eşidilib. Qeyd olunur ki, Sankt-Peterburqun şimal rayonlarında tüstü sütunu görünüb. Hadisənin səbəbləri araşdırılır.