Qazaxıstanın hazırkı prezidenti seçkilərdə qalib gəlib (yenilənib)

Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev seçkilərdə 82,45% səslə qalib gəlib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunu “Açıq Cəmiyyət” Beynəlxalq Regional Araşdırmalar İnstitutunun keçirdiyi “exit-poll”un nəticələri sübut edir.

“Qazaxıstan” teleradio korporasiyasının təşkil etdiyi onlayn sorğuya əsasən, Tokayev 82,45% səs toplayıb.

 

******************************************************************************************

 

Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir.

Operativtv.com APA-ya istinadən xəbərinə görə, seçki məntəqələri yerli vaxtla saat 07.00-da açılıb, saat 20.00-da bağlanacaq.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də artıq paytaxtda Məktəblilər Sarayında yerləşən seçki məntəqəsində səs verib.

Qazaxıstan Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 10.00-a seçici fəallığının 23,37 faiz olduğunu açıqlayıb.

Qeyd edək ki, hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev də daxil olmaqla, prezident kürsüsü uğrunda 6 namizəd mübarizə aparır.