Türkiyə Suriya və İraqın şimalında hava əməliyyatlrı keçirib

Türkiyə Suriya və İraqda terrorçuların bazalarına qarşı qisas əməliyyatına başlayıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirlıiyi məlumat verib. Operativtv.nin türk mediasına istinad etdiyi məlumatda bildirilir ki, terrorçuların mövqeləri nöqtəvi zərbə ilə məhv edilir. Hava əməliyyatları PKK, KCK və YPG terrorçularının Türkiyəyə qarşı hücumları hazırladığı İraq və Suriyanın şimal ərazilərində keçirilib. Milli Müdafiə Nazirliyi əməliyyata 50 təyyarə və 20 PUA-nın cəlb olunduğunu bildirib. Növbəti mərhələ olaraq yerüstü əməliyyatların da aparılacağı istisna edilmir.

Qeyd edilib ki, Türkiyə BMT Nizamnaməsinin 1-ci maddəsinə əsasən, özünü müdafiə məqsədilə bu əməliyyatı həyata keçirir.