Nardaran olayları ilə bağlı şərlənərək həbs edilən və səhhətindəki problemlərə görə həbsdən azad edilən jurnalist, keçmiş siyasi məhbus Əbülfəz Bünyadov anasının mövludunu təbrik edib.
Vetenugrunda.az təbrik məktubunu olduğu kimi təqim edir:
"Ad günün mübarək ana!
Haqqı heç zaman ödənilməyən, sonsuz sevgi və şəfqət mənbəyi, təbəssümü sevinc, göz yaşları kədər yaradan müqəddəs insan, hər kəsi- sinfindən, irqindən, cinsindən asılı olmayaraq sevgisi əhatəsində qoruyan ülfət, barəsində dünya yaradılışından günümüzə qədər yalnız gözəl sözlər söylənilən qanadsız mələk, yazdıqca haqqında lazımı ifadələr söyləyə bilməyəcəyim, qarşısında acizanə baş əydiyim insanlığın şah əsəri ANA... Onun şəninə, tərifinə o qədər dəyərli sözlər söylənilib ki, mən kimi aciz bir varlıq ana simasını nəzmə çəkmək iqtidarında deyil. İnanın ki, bunu tam varlığı ilə özüm də anlayıram.
Lakin bu gün məni özünə cəzb edib "ana" mövzusunda yazmaq istəyim bir təsadüf deyildir. Xeyr, bu yazını qələmə almağıma bir sevginin qəlb odlayan məhəbbətinə ehtiram və dəyərlər səbəb oldu. Bu gün həyatımın mənası əziz anamın doğum günüdür.
Ana! Onun barəsində düşünmək asan və şirin, hisslərin təzahürünü kağız üzərinə köçürmək çox çətin və mürəkkəbdir. Lakin doğum günündə anamı təbrik etmək, ona hislərimi söyləmək istəyim gözlərim önümdə anamın ali simasını bir daha tam aydınlığı ilə canlandırdı.
Anam yaşından çox tez qocalan, saçları ağarmış, simasına zamansız qırışlar iz salan, gözlərinin dərinliklərində qüssə dənizi aydın sezilən əli əsalı böyük iman və təqva sahibi bir şəxsdir. Uşaqlığımdan, hələ sovetlər dönəmində ibadətlə süstlük göstərməyən bu qadın ailəmizin, xüsusi olaraq mənim inanclı bir şəxs olaraq yetişməm üçün bütün qüvvəsini qoymaqla formalaşmama səbəbkar oldu.
Həyatımın hər bir anı onunla bağlı oldu- sevinci də, kədəri də. İllər bizi təkcə ana və övlad deyil, çox səmimi bir dost, əqidə yoldaşı və varlığı daima məni haqqa çağıran bir həyat məşəli oldu. Və o bu illərini xəricləyərkən qocaldı, həyatın acı məngənəsində sıxıldı, övlad itkiləri ruhunda dərin izlər, sağalmaz yaralar vuraraq onu günümüzə gətirib çıxardı. Lakin o bütün bu ağrı acıların müqabilində, dözüm və mücadilə göstərərək həyatının növbəti yaşına böyük mənəvi yüksəlişlə qədəm qoydu.
Canım anam, ad günün mübarək. Sənə bərəkətli bir ömür diləyib Allahdan mənə belə gözəl ana bəxş etdiyi üçün Ona sonsuz şükürlər edirəm.
Anam mənim, bağışla, bağışla ki, yatağının kənarına gəlib səni təbrik edə bilmirəm. Bağışla ki, sənin qırışlanmış əsalı əlini öpüb sənə yerimək üçün yardımçı ola bilmirəm. Bağışla ki, sənin qayğıya və sevgiyə ehtiyacın olduğu halda bunu sənə verməyə acizəm. Lakin övlad olaraq mən sənin yanında ola bilməsəm də çox xöşbəxtəm ki, sən ruhən və cismən həmişə mənimləsən. Sənin hüzuruna gəlmək üçün acız olan cismimi gəlişinlə necə sevindirdiyini söyləməyə sözlər acizdir. Dəstəmaz almaq üçün sənə ləyən gətirməyə aciz olduğum halda sənin mənə gətirdiyin su, dəstəmaz almaq üçün yardımın və ayaqlarıma məss çəkdiyin o əllər bir ömür ruhuma və cismimə nə qədər sığallar çəkdi.
Sən haqqı ödənilməyən ali bir varlıqsan və səni yanımda görmək mənə dünya həyatının ən böyük hədiyyəsidir ana. Ad günün mübarək başımın tacı. Bağışla bu təbriki sənə söyləmək üçün səni yatağımın başında gözləməyə məcburam. Lakin bilirəm və əminəm ki, sən mütləq gələcəksən. Və sənin gözlərinə baxıb "Ad günün mübarək canım anam" deyərək səni təbrik edəcəyəm. Cənnəti analarin ayaqları altına qoyan Allaha ehtiyaclı bir övlad adından anaları qorumaq duası ilə...
Əbülfəz Bunyadov
2019-cu il 25 iyul".
Vetenugrunda.az kollektivi və Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı adından dəyərli Əbülfəz Bünyadovun bu təbrikinə qoşuluruq. Xeyriyyə anaya bu çətin və müqəddəs yolda səbr dözüm arzu edirik. Hazırda ayaqları tutulan Xeyriyyə anaya Allahdan şəfa diləyirik. Ömrünüz uzun olsun analar anası!
YADDAŞ
Ə.Bünyadov Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvüdür. O, 2015-ci il noyabrın 26-da Nardaran əməliyyatında yaralanaraq iflic olmasına baxmayaraq, həmin gün tutulub və 1 il 1 ay həbsdə saxlanılıb, 2016-cı ilin sonunda polis nəzarətinə vermə-qətimkan tədbiri ilə həbsdən buraxılıb.
2018-ci il iyulun 11-də 15 illik həbsi haqqında hökm oxunarkən məhkəmə zalında həbs edilib. Hökmə əsasən, o, 15 illik cəzanın ilk 3 ilini Qobustanda həbsxana rejimində çəkməlidir.
Müsəlman Birliyi Hərəkatının sədri T.Bağırov və təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və başqa maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.
T.Bağırov və onunla birlikdə mühakimə olunmuş digər şəxslər kimi, Ə.Bünyadov da saxlanılarkən və ondan sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını söyləyib.
Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən işgəncə iddialarını təkzib ediblər.
Qeyd edək ki, 12 iyun saat 11:00-da Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə "Nardaran işi 4" üzrə Əbülfəz Bünyadov və Elxan İsgəndərovun məhkəmə prosesi keçirildi. Lakin şikayətçilərin kassasiya şikayəti təmin edilməyib.
2019-cu il iyulun 10-da Nizami Rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən iclasda siyasi məhbus Əbülfəz Bünyadovun xəstəliyi ilə əlaqədar azadlığa buraxılması haqqında qərar çıxarılıb.
Qeyd edək ki,Nardaran olayları zamanı güllələnən Ə.Bünyadovun bədənini 80 faizi iflicdir. Məhz bu səbəbdən onun azadlığa buraxılması üçün petisiya başladılmışdı.
Əbülfəz Bünyadov: "Bilirəm və əminəm ki, Sən mütləq gələcəksən!"

Oxşar xəbərlər