İslam dini mənbələrində mənəvi üç aydan ilki haqda, yəni rəcəb ayı barədə özünəməxsus fəzilət və bərəkət, eləcə də, bir çox dua və əməllər qeyd olunub.
Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, rəcəb, şaban və ramazan ayları möminin mənəvi səfərinin baş tutduğu üç aydır. Bu il yanvarın 23-ü rəcəb ayının birinə təsadüf edir. Bu üç ay mömin üçün böyük əhəməiyyət kəsb edir.
Əxlaq alimləri, ehtiva etdiyi fəzilətlərə görə bu ayı mənəvi islahat ayı adlandırırlar. Allahın elçisi Məhəmməd Peyğəmbər (s) buyurub:
“Əgər bir kəs butun yerin qızılı qədər infaq etsə, onun rəcəb ayının bir gününün orucundan üstün olmayacaq”.
Rəcəb ayının fəzilətini anlamaq üçün İmam Musa Kazimin bu hədisini dinləyib, anlamaq kifayət edər;
“Rəcəb - behiştdə bir çay adıdır ki, süddən daha ağ, baldan daha şirindir. Bu səbəbdən hər kəs ki, rəcəb ayında bir gün oruc tutar, Allah Təala o çaydan ona içirdər”.
Rəcəb ayında sədəqə verməyin böyük fəziləti barədə Həzrət Əlidən (ə) nəql edilən hədisdə buyurulur:
“Hər kəs Allaha xatir Rəcəb ayında sədəqə versə, Allah Taala onu elə ikram edər və elə əzizləyər ki, nə göz görüb, nə qulaq eşidib və nə də bir insanın ağlına gəlib.”
Bu ayda İslam tarixində bir sıra mühüm hadisələr baş verib:
Rəcəb ayının biri İmam Məhəmməd Baqirin (ə) mübarək mövludu günüdür.
Ayın üçü 10-cu imam - İmam Hadi Əliyyən-Nəqinin şəhid olan günüdür.
Rəcəb ayının 10-u İmam Məhəmməd Təqinin (ə) mübarək mövludu günüdür.
Rəcəbin 13-ü, hicrətdən 23 il öncə Məkkə şəhərində, Kəbə evində möminlərin əmiri Həzrət Əli (ə) dünyaya gəlib.
Ayın 15-i, hicri 62-ci ildə Kərbəla həqiqətlərini dünyaya çatdıran Həzrət Zeynəbin (ə) vəfatı günüdür.
Rəcəb ayının 25-i, hicri 183-cü ildə müsəlmanların 7-ci imamı – Həzrət Museyi-Kazımin şəhid edildiyi gündür. İmamın mübarək məqbərəsi İraqın Kazimeyn şəhərindədir. İmamın məqbərəsini ziyarət edə bilməyənlər onun qızlarının ölkəmizdə - Nardaran və Bibi-Heybətdə yerləşən məqbərələrini ziyarət edə bilirlər.
Rəcəb ayının 27-si, hicrətdən 13 il öncə Həzrət Məhəmməd ibn Abdullaha (s) peyğəmbərliyin verilməsi - Məbəs günüdür. Bu gündə oruc tutmaq müstəhəb əməllərdəndir.
Rəcəbin 28-i, hicrətin 60-cı ilində İmam Hüseyn (ə) Mədinədən Məkkəyə doğru hərəkətə başlayıb.
Bu gündən Rəcəb ayı başlayır, İslam tarixinin bu ayda baş verən hadisələri