BMT: Qəzzada yardım karvanı İsrailin atəşinə məruz qalıb

Ümumdünya Ərzaq Proqramı (WFP) rəhbərinin çərşənbə günü bildirdiyinə görə, agentlik qruplarından birinin keçən gün hərbi keçid məntəqəsi yaxınlığında bir neçə dəfə İsrailin atəşinə məruz qalmasından sonra Qəzzada işçilərini qeyri-müəyyən müddətə dayandırır.

Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeyn verdiyi açıqlamasda "Bu, tamamilə qəbuledilməzdir və bu, Qəzzadakı Ümumdünya Ərzaq Proqramı komandasının həyatını təhlükəyə atmış bir sıra gərəksiz təhlükəsizlik insidentlərindən sonuncusudur" deyib.

"Dünən gecə baş verənlərdən göründüyü kimi hazırkı münaqişənin aradan qaldırılması sistemi uğursuzluğa düçar olur və bu, artıq davam edə bilməz. İsrail hakimiyyətini və münaqişənin bütün tərəflərini Qəzzada olan bütün yardım işçilərinin təhlükəsizliyini təmin etmək üçün dərhal hərəkətə keçməyə çağırıram" - deyə, Sindi Makkeyn bildirib.

Ümumdünya Ərzaq Proqramının avtomobilin içərisində olan iki əməkdaşı xəsarət almayıb.

İsrail Müdafiə Qüvvələri insidentlə bağlı heç bir açıqlama verməyib.

İsrailin Birləşmiş Millətlər Təşkilatındakı missiyası Amerikanın Səsinin əlavə məlumatla bağlı sorğusuna cavab verməyib.

Ümumdünya Ərzaq Proqramı bildirib ki, insident baş verən zaman iki zirehli maşından ibarət karvan, humanitar yardım maşınları karvanını müşayiət etdikdən sonra geri qayıdırmış. Avtomobil atəşə İsrailin nəzarət-keçid məntəqəsindən bir neçə metr aralıda, Qəzzanın mərkəzi və şimalı arasında yerləşən Vadi Qəzza körpüsündə məruz qalıb.

Agentliyin məlumatına görə, zirehli maşına beşi sürücü tərəfinə, ikisi sərnişin tərəfinə, üçü isə maşının digər hissələrinə olmaqla, azı 10 güllə dəyib.

Birləşmiş Millətlər Təşkilatının İsrail ordusunun konvoyu qəsdən hədəf alıb-almadığı bağlı suala BMT-nin sözçüsü Stefan Dujarrik "biz bizə atəş açanların düşüncə tərzini qiymətləndirə bilmərik" deyib. Lakin o, konvoyun hərəkətinin İsrail hərbçiləri ilə razılaşdırıldığını bildirib.

 

 

AmerikanınSəsi