"Beşiktaş" yenə xal itirdi

Futbol üzrə Türkiyə Superliqasının XXII turunda daha üç oyun keçirilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, günün ilk matçında "Hatayspor" "Alanyaspor"u qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Günün digər görüşündə də "Beşiktaş" "Adanademirspor"la 0:0 hesablı bərabərliyə razılaşıb. "Pendikspor" isə evdə "Kasımpaşa"nı məğlub edib - 3:2.

Bu nəticələrdən sonra "Beşiktaş" 36 xalla dördüncü, "Adanademirspor" 31 xalla altıncı, "Kasımpaşa" 30 xalla səkkizinci, "Alanyaspor" 26 xalla on ikinci, "Hatayspor" 22 xalla on dördüncü, "Pendikspor" isə 22 xalla on yeddinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turnir cədvəlinə 54 xalla "Fənərbağça" başçılıq edir.