2018-ci ildə 1 milyon 350 min insan yol-nəqliyyat hadisələri nəticəsində həlak olub.
Dünya Səhiyyə Təşkilatının qlobal yol təhlükəsizliyi hesabatında belə deyilir.
Hesabat 178 ölkəni əhatə edir.
Dekabrın 7-də dərc olunan sənədə əsasən, hər 24 saniyədə bir nəfər qəzada həyatını itirir. Qəza qurbanlarının 25 faizindən çoxu piyadalar və velosipedçilərdir.
Hesabatda ölümlə nəticələnən qəzalara ən çox 5-29 yaş arası şəxslərin düşdüyü vurğulanır.
2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın avtomobil yollarında 1284 və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz az yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 527 nəfər həlak olub, 1244 nəfər xəsarət alıb.
Qəzalarda həlak olanların 77,2 faizi kişilərdir.
Bu il qəzalarda 1,3 milyon insan ölüb
Oxşar xəbərlər