Sankt-Peterburq Əhli-beyt Hüseyniyyəsində cümə namazı qılınıb

Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Əhli-beyt Hüseyniyyəsində möminlərin iştirakı ilə növbəti cümə namazı qılınıb.

Cümə namazına Hacı Rüfət Məmmədov imamət edib. O, xütbələrində hələ də günlərini yaşadığımız Əyyami Fatimiyyəyə - Fatimə (s.ə.) günlərinə həsr edib. Belə ki, bu həftə də xatib Həzrət Peyğəmbərin (s) Xanım Zəhraya (s.ə.) verdiyi dəyər incələyib və o xanıma verilən Raziyyə (razı olan) sifətindən bəhs edib.