Müxtəlif təbəqədən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni Hüseyniyyəsində Həzrət Fatimə Zəhranın (s.ə.) şəhadət mərasimi keçirildi

Həzrət Fatimə Zəhranın (s.ə.) şəhadət gecəsi ilə eyni vaxtda bu gün axşam (bazar ertəsi axşamı) İmam Xomeyni Hüseyniyyəsində əza mərasimlərinin üçüncü gecəsi minlərlə insanın, eləcə də üç hakimiyyət qolunun rəhbərləri də daxil olmaqla bir sıra rəsmilərin iştirakı ilə keçirilib.

Mərasimdə höccətül-islam vəl-müslimin Nasir Rəfiî “Həzrət Zəhranın (s.ə.) həyatında zamanın idarə olunması” mövzusunda çıxış edərək zamanın idarə edilməsinə zərər vuran “plansızlıq”, “nizamsızlıq”, “prioritetin olmaması” və “tələskənlik” kimi amilləri sadalayıb. O bildirib ki, Həzrət Siddiqqeyi-Kübra (s.ə.) “ilahi niyyət və məqsəd”, “prioritetlərin düzgün müəyyənləşdirilməsi” və “vaxtdan birgə və səmərəli istifadə” sayəsində qısa, lakin bərəkətli ömründə İslam cəmiyyətinə və ailəsinə böyük xidmətlər göstərib, maarifləndirmə və vilayətin müdafiəsi yolunda mühüm addımlar atıb.

Mərasimdə həmçinin Meysəm Mutiî xanım Fatimə Zəhra (s.ə.) matəmində mərsiyə və növhə oxuyub.