Azərbaycana yaz nə vaxt gələcək?

Bu il yaz fəslinin Azərbaycana nə vaxt gələcəyi açıqlanıb.

2019-cu ildə yaz fəsli Azərbaycana martın 21-i Bakı vaxtı ilə saat 01:58-də daxil olacaq. 

Bu zaman gecə ilə gündüz bərabərləşəcək. 

Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində yaz fəsli başlanacaq.