Azərbaycan boksçuları 2023-cü ildə 179 medal qazanıblar

Azərbaycan boksçularının 2023-cü ildə qazandıqları medalların sayı bəlli olub.

Federasiyadan verilən məlumata görə, yığma üzvləri 26 turnirdə 179 mükafat əldə ediblər.

Onlardan 35-i qızıl, 37-si gümüş, 107-si bürünc əyarlıdır. Nəticədə komandalarımız ötən illə müqayisədə 132 faiz irəliləyişə nail olublar.

Boksçularımız bir il öncə 15 beynəlxalq yarışda 77 (30-20-27) medal qazanmışdılar.

 

 

Report