Əlzamın Salayevə verilən hökm ölkənin siyasi mənzərəsinin necə acınacaqlı olmasına növbəti bir sübutdur

Artıq 100 gündən artıq müddətdir ədalət fəryadı ilə dörd divar arasına məhkum edilən növbəti günahsız ictimail fəala hökm oxundu. Əlzamin Salayev yüzlərcə günahsız insanı şərləyərək barəsində ağır ittihamlar verən cinayətkar məhkəmə sisteminin qurbanlarından biridir. Rejim öz müxaliflərinə, həqiqəti kişi kimi aydın və dəqiq söyləyən bütün dəyərli insanlara davrana biləcəyi aciz durumunu yalnız şər və böhtan köməyi ilə güc göstərərək icra edə bilir. Bu gün Azərbaycan xalqı növbəti sifarişli məhkəmənin cinayətkar simasından ədalətli insanın həyatına uzanan 4 illik bir zülmünə şahidlik edir. Üzülsədə qırılmayacaq haqqın bir gün təntənəli qələbəsi olacaq əlbət. Məhz Əlzamin kimi haqq uğrunda çırpınaraq mübarizə aparanlar həmən haqqın binasına öz azadlıqları ilə növbəti kərpic qoyanlardır.
Hər bir həqiqət tərəfdarı kimi biz də məhkəmənin Əlzamin Salayev barəsində çıxardığı hökmü məhkum edir, hakimiyyətdən ləyaqətli insanların həbsinə son verməyi ondan tələb edirik.
 
 
Müsəlman Birliyi Hərəkatı.