Ayətullah Xamenei İranda helekopter qəzasında dünyasını dəyişənlərə cənazə namazı qıldı

İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei helikopter qəzasında şəhid olan prezident Şəhid Rəisi və digər yüksək rütbəli məmurlar üçün cənazə namazı qılıb.

İranın şimal-qərbində sərhədə yaxın bölgədə baş verən helikopter qəzasında prezident Seyid İbrahim Rəisi, həmçinin xarici işlər naziri Hüseyn Əmirabdullahiyan, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti, Təbrizin cümə imamı Ayətullah Seyid Məhəmməd Ali Haşim, prezidentin mühafizə komandiri general Seyid Mehdi Musəvi və uçuş heyəti, pilot polkovnik Seyyid Tahir Mustafəvi, pilot polkovnik Muhsin Deryanuş və podpolkovnik Behruz Xadimi də şəhid olub.

Təbrizdə başlayan dəfn mərasimindən sonra Qumda möhtəşəm vida mərasimi keçirilib. Bu gün paytaxt Tehranda vida mərasimi səhər saatlarında başlayıb.

Bu mərasimdə İranın dövlət və hərbi rəsmiləri, həmçinin HƏMAS-ın prezidenti və yüksək vəzifəli şəxsləri, Livan Hizbullah Hərəkatı baş katibinin müavini, İslami Müqavimət rəsmiləri və 40-dan çox xarici nümayəndə heyəti iştirak edib.