Afrika Millətlər Kuboku: Əlcəzair xal itirdi, Tunis məğlub oldu

Kot-d'İvuarda təşkil olunan Afrika Millətlər Kubokunda qrup mərhələsinin ilk turunun oyunları davam edir.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, dünən gecə D və E qruplarında oyunlar keçirilib.

D qrupunda Əlcəzair seçməsi Anqola ilə 1:1 hesablı heç-heçə edib. Qrupun digər matçında isə Burkina Faso Mavritaniya yığmasına 1:0 hesabı ilə qalib gəlib.

E qrupunda Namibiya millisi Tunisi 1:0, Mali isə Cənubi Afrika seçməsini 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, fevralın 11-dək davam edəcək Afrika Millətlər Kubokunun mükafat fondu 7 milyon ABŞ dollarıdır.