Afrika Kuboku: Mərakeş qələbə qazandı

Kot-d'İvuarda təşkil olunan Afrika Millətlər Kubokunda qrup mərhələsinin ilk turunun oyunları davam edir.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, F qrupunda iki matç keçirilib.

Mərakeş millisi Tanzaniya seçməsinə 3:0 hesabı ilə qalib gəlib. Qrupun digər qarşılaşmasında isə Konqo Zambiya ilə 1:1 hesablı heç-heçə edib.

Fevralın 11-dək davam edəcək Afrika Millətlər Kubokunun mükafat fondu 7 milyon ABŞ dollarıdır.