ABŞ sanksiyaların yumşaldılması müqabilində Belarus Prezidenti Aleksandr Lukaşenkoya siyasi məhbusların azad edilməsini təklif edir.
Bu barədə “The New York Times” yazır .
Nəşrin məlumatına görə, ABŞ dövlət katibinin Avropa üzrə köməkçisinin müavini Kris Smit və daha iki dövlət rəsmisi Minskdə Aleksandr Lukaşenko və KQB rəhbəri İvan Tertellə görüşüb müqavilənin şərtlərini müzakirə ediblər.
NYT mənbələrinə istinadən xəbər verir ki, K.Smit Vilnüsdə diplomatların görüşündə deyib ki, A.Lukaşenkonun ABŞ vətəndaşı və iki belaruslu siyasi məhbusu azad etməsi Vaşinqton və Minsk arasında genişmiqyaslı razılaşma yolunda ilk addım ola bilər.
K.Smit deyib ki, razılaşmanın bir hissəsi kimi, Lukaşenko bir çox siyasi məhbusu, o cümlədən tanınmış məhbusları azad edə bilər və bunun müqabilində ABŞ Belarus banklarına qarşı sanksiyaları və Belarusun əsas istehsalçısı olduğu gübrələrin əsas tərkib hissəsi olan kalium ixracını yüngülləşdirəcək.
Amerikalı diplomat qeyd edib ki, bu yolla Vaşinqton Moskvanın Minskə təsirini azaltmağa çalışır.
ABŞ sanksiyaların yumşaldılması müqabilində Lukaşenkoya siyasi məhbusların azad edilməsini təklif edir