ABŞ, BMT və ərəb dövlətləri İsrail nazirinin Əl-Əqsa məscidinə ziyarətini pisləyib

ABŞ, Birləşmiş Millətlər Təşkilatı və ərəb ölkələri İsrailin sərtxətt milli təhlükəsizlik nazirinin və yüzlərlə tərəfdarının yəhudi duası etmək üçün Qüdsün Əl-Əqsa məscidini ziyarət etməsini pisləyib.

Vaşinqton milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin çərşənbə axşamı məscidə İsrail polisinin yardımı ilə daxil olmasını tənqid edərək, bunu İsrail və HƏMAS arasında atəşkəs səylərini pozacaq təxribat adlandırıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel “Status-kvonu təhlükə altına qoyan hər hansı birtərəfli addım qəbuledilməzdir” deyib.

"Birləşmiş Ştatlar Qüdsün müqəddəs yerləri ilə bağlı status-kvonun tarixi yerlərinin qorunub saxlanmasının tərəfdarıdır. Və bu, nəinki qəbuledilməzdir, həm də bu, atəşkəs razılaşmasını son həddə çatdırmaq üçün işlədiyimiz zaman həyati əhəmiyyət kəsb edən bir vaxt baş verir" - deyə, Patel bildirib.

Ben-Qvir İsrail hökumətinin uzun müddətdir yəhudilərin məscid binasında ibadət etmək qadağasına məhəl qoymur. Yəhudilər tərəfindən “Məbəd Dağı” kimi tanınan məscid Yaxın Şərqdəki ən həssas dini yerlərdən biridir. Yəhudilərə və digər qeyri-müsəlmanlara müəyyən saatlarda məscidə baş çəkməyə icazə verilsə də, onların orada ibadət etməsinə və dini simvollarını nümayiş etdirməsinə icazə verilmir.

Keçən ay Ben-Qvir indi “Məbəd Dağı”nda yəhudilərin ibadətinin icazəli hesab etdiyini bəyan edib. Lakin İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi status-kvonun dəyişmədiyini bildirib.

Bu arada, İsrailin daxili işlər naziri, ultra-ortodoks “Şas” koalisiya partiyasından Moşe Arbel “Gün gələcək, Ben-Qvirin trolluq dövrü bitəcək. Tövrat heç vaxt dəyişdirilməyəcək” deyib.

 

AmerikanınSəsi