Tehran və Moskva qarşılıqlı hesablaşmalarda dollardan tam imtina edib.
Operativtv Az.shafaqna-a istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikası Mərkəzi Bankının başçısı Reza Fərzin məlumat verib.
“Biz Rusiya ilə valyuta sazişi bağladıq və dolları tam istisna etmişik. Artıq yalnız rubl və rial ilə ticarət edirik“, – deyə o qeyd edib.
Onun sözləroinə görə, İran və Rusiyanın maliyyə qurumları valyuta kursuna dair razılıqlara nail olublar. Bu razılıqlar isə xarici ticarət əməliyyatları zamanı tətbiq ediləcək.
Xatırladaq ki, 21 oktyabrda Kremldən bildirilmişdi ki, iki ölkə arasındakı qarşılıqlı hesablaşmalar zamanı milli valyutalardan istifadənin həcmi 96 faiz təşkil edir. Göründüyü kimi, qısa müddətdə 4 faizlik hissəni də yerli pul vahidləri tutub.
İran və Rusiya qarşılıqlı ticarətdə dollardan tam imtina etdi