Qəzzada 1410 fələstinli ailə yer üzərindən silinib

2023-cü il oktyabrın 7-də İsrailin Qəzza zolağına başlatdığı hücumlardan sonra işğal olunmuş ərazidə 1410 fələstinli ailə yer üzərindən silinərək öldürülüb.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzada etdiyi yazılı açıqlamada İsrailin 7 oktyabr 2023-cü il tarixindən Qəzzada həyata keçirdiyi soyqırımda ailələrə qarşı “7 min 160 faciə” törətdiyi bildirilib.

Açıqlamada bir ildir davam edən soyqırım zamanı 1410 ailənin 5 min 444 üzvünün həlak olduğu və bu ailələrin 3 min 463 ailənin yalnız bir üzvünün silindiyi, 2 min 287 ailənin isə birdən çox üzvünün öldürüldüyü bildirilir.

Açıqlamada 520 üzvünün həyatını itirdiyi Ən-Nəccar ailəsinin Qəzzada ən çox itki verən ailə olduğu, Əl-Misri ailəsindən 287, Aşur ailəsindən 217 nəfərin olduğu qeyd edilib. Hücumlarda Hicazi ailəsindən və Avd ailəsindən 198 nəfər şəhid olub.