Pakistan paytaxtında müxalifətin mitinqi ilə əlaqədar təhlükəsizlik tədbirləri tətbiq edilib

Pakistanın həbsdə olan keçmiş baş naziri İmran Xanın minlərlə tərəfdarının bazar günü digər siyasi məhbuslarla birlikdə onun azadlığa buraxılması tələbi ilə mitinq keçirmək üçün İslamabada yürüş etməsi rəsmiləri paytaxtı bağlayıb və mobil internet xidmətlərini qismən dayandırmağa vadar edib.

Xan Pakistanın Təhriki-İnsaf (PTİ) partiyasından tərəfdarlarını paytaxtın D-Çovk meydanında toplaşmağa və hökumət onların tələblərini yerinə yetirənə qədər orada qalmağa çağırıb.

Baş nazir Şahbaz Şərifin koalisiya hökuməti müxalifətin etiraz aksiyası ərəfəsində şəhərə polis və hərbiləşdirilmiş qurumların on minlərlə qüvvəsiin yerləşdirib və İslamabada gedən magistral yolları bağlayıb.

Polis mitinqdən əvvəl İslamabadda bütün toplantıların qadağan olunduğunu elan edib.

Pakistan hakimiyyəti həmçinin ölkə parlamenti və Ali Məhkəmə binaları, eləcə də digər mühüm hökumət obyektləri yaxınlığında etirazçıların mitinqə gəlməsinin qarşısını almaq üçün yük konteynerlərindən istifadə edərək paytaxtda əsas yolları bağlayıb.

“Etiraz aksiyasının yeri İslamabadda qorunan ərazidir. Bu əraziyə daxil olan istənilən etirazçı həbs olunacaq” , Daxili İşlər Naziri Mohsin Naqvi bazar günü D-Çovk meydanında jurnalistlərə bildirib.

PTI liderləri və tərəfdarları təhlükəsizlik və kommunikasiya məhdudiyyətlərinə baxmayaraq, İslamabaddakı məkana çatacaqlarına söz veriblər. Məlumatlara görə, polis İslamabada doğru gedən bir neçə mitinqdə gözyaşardıcı qazdan istifadə edib.

Qlobal internet təşkilatı NetBlocks əvvəllər Twitter kimi tanınan X sosial media platformasında bildirib ki, “əməliyyat göstəriciləri Pakistanda WhatsApp tətbiqinin məhdud olduğunu və bunun medianın paylaşılması problemləri ilə bağlı xəbərləri təsdiqlədiyini göstərir”.

Daxili İşlər Nazirliyi dünən axşam verdiyi açıqlamada “təhlükəsizliklə bağlı narahatlığın mövcud olduğu ərazilərdə mobil məlumatlar və Wi-Fi xidmətlərini” kəsmək planlarını açıqlayıb, lakin təfərrüatlara varmayıb.

“Ölkənin qalan hissəsində internet və mobil xidmətlər normal rejimdə işləməyə davam edəcək” - deyə, nazirliyin sözçüsü X-də yazıb.

PTI bildirib ki, mitinqdə həmçinin Şərif hökumətinin bu yaxınlarda təqdim etdiyi konstitusiya dəyişikliklərinin ləğvi və bu il partiyanın iddia etdiyi saxta seçkilərin nəticəsinə görə hökumətin istefası tələb olunacaq.

 

 

AmerikanınSəsi