Son dövrlərdəki hərbi əməliyyatlar, İsrailin müasir hərbi potensialının ciddi bir sınaqdan keçdiyini göstərdi. Hizbullahın son hücumları, xüsusən də Tel-Əvivin hədəf alınması, İsrailin mövcud hava müdafiə sistemlərinin səmərəliliyini şübhə altına aldı. İsrailin “Dəmir Qübbə” kimi hava müdafiə sistemləri, Livan sərhədindən atılan raketlərin bir hissəsini dəf etsə də, sistemin bəzi kritik hallarda uğursuz olması, İsrailin hərbi mövqeyinin zəif tərəflərini üzə çıxardı. Bu uğursuzluqlar, hərbi itkilərin artmasına, və ən əsası, hərbi infrastrukturun zərər görməsinə səbəb oldu.
İsraildə hər kəs ordunun uğursuzluğunu anlayır…
İsrail mediasının hətta Hizbullah tərəfindən İsrailin bir neçə nöqtəsinin vurulması ilə bağlı canlı yayım verməsi, İsrail daxilində ciddi qorxu və narahatlıqların hər an artdığını göstərir. Bu hücumlar, İsrailin qarşısında təkcə hərbi deyil, həm də psixoloji bir sarsıntı yaratdı. Yüksək dəqiqliklə aparılan əməliyyatlar və geniş miqyaslı raket hücumları, ölkənin müdafiə sistemlərini ciddi təhdid etməyə başladı. Bu, İsraildə yaşayanların qorxu və narahatlığını artıraraq, hökumət üzərində ciddi təzyiq yaratdı.
İsrailin baş naziri Benjamin Netanyahu, müharibənin əvvəlində böyük ümidlərlə hücumlar həyata keçirdi, lakin müharibə gedişində Hizbullahın müqaviməti qarşısında hərbi fəaliyyətlərində ciddi uğursuzluqlarla üzləşdi. İsrailin ən çox istifadə etdiyi taktikalardan biri, Hizbullahın liderlərini hədəf alaraq onları öldürməkdir. Lakin bu, döyüşün strateji baxımdan geniş miqyasına ciddi təsir etməyib və heç bir müharibə qələbəsindən söz gedə bilməz.
Bir tərəfdən, Hizbullahın hərbi gücü və xalqın dəstəyi ilə müqavimətini davam etdirməsi, digər tərəfdən isə İsrailin mülki əhalini hədəf alan hərbi əməliyyatları beynəxalq qınaqlara yol açdı.
İsraildə bu müharibənin gedişi ilə bağlı artan narazılıq və etirazlar, hökumətə olan etimadsızlığı daha da gücləndirdi.
İsrailin atəşkəsə məcburdur. Çünki ölkə daxilindəki təzyiqlərlə yanaşı, beynəlxalq cəmiyyətdən gələn təzyiqlər hər an artır. İsrailin mülki əhalini hədəf alması beynəlxalq hüquq və humanitar qaydalara ziddir və buna görə İsrailin daha da izolyasiya olunmasına səbəb olur. İsrailin atəşkəsə razı olmasıyla bağlı bəzi xəbərlər yayılır. Bu İsrailin gücünün tükəndiyini və vəziyyətin davam etməsinin artıq daha böyük zərərə səbəb olacağını anladığını göstərir.
Beynəxalq təcrid
Beynəlxalq arenada İsrailin artıq ciddi nüfuzdan düşdüyünü görmək mümkündür. Bir zamanlar güclü diplomatik və hərbi müttəfiqləri olan bu ölkə, son illərdə öz hərbi əməliyyatları ilə beynəlxalq təzyiqləri daha da artırdı.
Hizbullahın, xüsusən İran tərəfindən dəstəklənən və təchiz edilən bir təşkilat olaraq, İsraili məğlub etməsi, İsrailin regional və beynəlxalq gücünü ciddi şəkildə sarsıdan bir hadisə olmaqdadır. Bu müharibə, Hizbullahın və İranın qlobal təsir gücünün, sionist rejiminin hələ də zəif olduğuna işarə edir. Nəticədə, İsrailin İrana qarşı birbaşa müharibə aparmaqdan çəkinməsi ehtimalı artır. Çünki İranın hərbi gücü və təsiri, İsrailin öz müstəqil gücü ilə müqayisədə çox daha böyükdür və bu cür bir müharibə, İsrailin mövcudluğunu təhlükəyə ata bilər.
İranla müharibə…
İsrailin Hizbullah qarşısında yaşadığı uğursuzluq, İranla döyüşmək ehtimalını daha da çətinləşdirir. İranın regional təsiri, hərbi gücü və Hizbullahla olan sıx əlaqələri, İsraili daha da çətin bir vəziyyətə sala bilər. İsrail, Hizbullahla müharibədə belə bir gücü məğlub edə bilmədikdən sonra, daha da güclü və geniş təsirə sahib olan İranla müharibəyə girməkdən ehtiyat edəcəkdir. İsrailin öz varlığını qorumaq üçün belə bir müharibəyə girməsi, faktiki olaraq sionist rejiminin sonunu gətirəcəkdir.
Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderi…
İsrailin Baş naziri Benyamin Netanyahunun və keçmiş müdafiə naziri Yoav Qallantın beynəlxalq cinayətlərə görə məsuliyyətə cəlb edilməsi, İsrailin beynəlxalq hüquq qarşısındakı vəziyyətini daha da çətinləşdirib. Beynəlxalq Cinayət Məhkəməsi (BCM), Netanyahu və Qallant haqqında həbs orderi verib. Böyük Britaniya və İsveçrə də daxil olmaqla bir çox ölkə, Netanyahu bu ölkələrə səfər edərsə, onu həbs edəcəklərini açıqlayıblar. Bu da İsrailin beynəlxalq hüquq və etik prinsiplərlə nə qədər ziddiyyət təşkil etdiyini, həmçinin öz liderlərinin artıq dünya səhnəsində necə təcrid olunduğunu göstərir. Bir sözlə İsrail Livan “bataqlığından” çıxmağa çalışır…
Az.shafaqna.com
İsrail Livan “bataqlığından” çıxmağa çalışır...