Azərbaycan və İrandan birgə təlim

İran və Azərbaycan Ərdəbil vilayətinin Aslanduz rayonunda “Aras birgə təlimi” adlı hərbi təlim keçirib.

İran və Azərbaycan xüsusi təyinatlıları İranın Ərdəbil vilayətində birgə təlim keçirib.

Mehr Xəbər Agentliyinin məlumatına görə, İran İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları və Azərbaycan Silahlı Qüvvələrinin xüsusi əməliyyat bölmələri Ərdəbil əyalətinin Aslanduz rayonunda “Aras birgə təlimi” adlı 4 günlük hərbi təlimdə iştirak edir.

Təlimin məqsədinin iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi, qanunsuz silahlı təşkilatlara qarşı birgə mübarizə, sərhəd təhlükəsizliyinin artırılması və hərbi potensialın təkmilləşdirilməsi olduğu açıqlanıb.