Yasamalda mərasim evinin tavanı çöküb, 3 nəfər xəsarət alıb

Yasamalda mərasim evində tavanın çökməsi nəticəsində 3 nəfərin xəsarət alması ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, yanvarın 19-da saat 13 radələrində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mərasim evinin 2 mərtəbə arasındakı tavanının çökməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan, hüzür mərasimində iştirak edən 3 nəfər - 1949-cu il təvəllüdlü Mustafayeva Fatma Xamoy qızı, 1955-ci il təvəllüdlü Mirzəyeva Rahilə Xamoy qızı və 1958-ci il təvəllüdlü Rüstəmova Rəna Xamoy qızı ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yeri prokurorluq əməkdaşları tərəfindən müəyinə olunur.

Fakt üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

 

APA