Yaponiyada güclü zəlzələ oldu - Ölənlər var

Yaponiyada baş verən güclü zəlzələlər nəticəsində azı iki nəfər ölüb. Bu barədə Kyodo agentliyi məlumat yayıb .İşikava prefekturasının polisinə görə, iki nəfər dağılmış yaşayış binalarının dağıntıları altından "ürək və ağciyər tutulması vəziyyətində" çıxarılıb - Yaponiyada klinik ölüm belə adlanır. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunlar 2024-cü ilin ilk günündə Yaponiyanın mərkəzi hissəsində baş verən silsilə zəlzələlərin ilk qurbanlarıdır.

Son məlumatlara görə, Yaponiyada baş verən güclü zəlzələlər İşikava prefekturasında 30-dan çox taxta ev və yaşayış binasının dağılmasına səbəb olub. Bir neçə belə hadisədə bu evlərin sakinləri dağıntılar altında qalıb - xilasetmə xidmətləri yerində işləyir.