Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poçt markası buraxılıb - Foto

Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poçt markası hazırlanıb.

Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, hazırlanan 4 növ poçt markasında Azərbaycan Xalq Cümhuriyyətinin Parlament binasının, iclasının, Şərqdə ilk dəfə qadına səsvermə hüququ verilən obrazın təsvirləri yer alıb. Poçt markalarında Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mövzusu geniş qeyd edilib.

Yüksək nəfisdə və tərtibatda hazırlanan poçt markalarının sayı 2000 ədəddir.

Poçt markaları artıq bu gündən dövriyyəyə buraxılıb.