Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Məmməd Əmin Rəsulzadə. Məktublar. Şəfibəyçilik” kitabı çapdan çıxıb. Kulis.azın məlumatına görə kitabın tərtibçisi və ön sözün müəllifi tanınmış araşdırmaçı Aydın Balayevdir.
Nəşrdə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin bir sıra məktubları və 1934-cü ildə İstanbulda işıq üzü görmüş “Şəfibəyçilik” əsəri yer alıb.
M.Ə.Rəsulzadənin C.Hacıbəyliyə ünvanladığı ərəb qrafikası ilə yazılmış məktubları AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi Arif Ramazanov tərəfindən transfonoliterasiya edilib, fars-ərəb mənşəli sözlərə izah yazılıb. Kitaba daxil edilmiş “Şəfibəyçilik” əsəri o dövrdə Azərbaycan mühacirəti və Müsavat partiyasında baş verən prosesləri ehtiva edir.
Qeyd edək ki, bu əsər Azərbaycanda ilk dəfə nəşr olunur.
Məhəmməd Əmin Rəsulzadənin əsəri çap olundu

Oxşar xəbərlər