Poroşenkonun administrasiyası məxfi sənədi itirib

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) dörd il əvvəl Petro Poroşenko administrasiyasına köçürülmüş gizli sənədin itməsi ilə bağlı istintaq başladıb. FaktXəbər bildirir ki, istintaq 2019-cu ilin yanvar ayından aparılır.

Söhbət Ukrayna Milli Anti-Korrupsiya Bürosunun rəhbəri vəzifəsinə namizədlər haqqında məlumatları əks etdirən sənəddən gedir.

Qeyd edək ki, gizli sənəd Ukraynanın Təhlükəsizlik Xidmətindən 2015-ci ilin aprelində Prezident Administrasiyasına göndərilib. 2018-ci ilin dekabrında UTX materialların mövcudluğunu təsdiq etmək üçün Poroşenko rəhbərliyinə müraciət edib. Bundan sonra məlum olub ki, sənəd administrasiyaya müəmmalı şəkildə çatmayıb.